"Bu il Dolların 6 faiz ucuzlaşacağını gözləyirik"
ABŞ-da iqtisadi inkişaf investorlarda narahatlıq yaradır. Dünyanın ən böyük iqtisadiyyatının ləngiməsilə əlaqədar olaraq investorlar ABŞ Dollarından uzaq durmağa başlayıblar.
"Morgan Stanley", Dolların ABŞ-da yavaşlayan iqtisadi artıma və Fed-in faiz artırmağı təxirə saldığına görə bu il 6 faiz ucuzlaşacağını gözləyir.
Qlobal investisiya bankı "Morgan Stanley"ə görə, dollar üçün bu il ən yaxşı günlər sona çatıb.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
"Marja" xəbər verir ki, Bankın analitikləri, dolların, ABŞ iqtisadiyyatında artımın yavaşlaması və Fed-in "göyərçin" mövqeyinin dünyanın ən böyük ehtiyat valyutası üzərində təzyiq yaratması ilə əlaqədar olaraq bu ilin sonuna qədər 6 faiz düşəcəyini ehtimal edirlər.
"Morgan Stanley"in strateqlərinə görə, Dolların qiyməti ən yüksək səviyyəsinə çatıb və bazarın gözləntilərindən daha çox düşəcəkdir.
Banka görə, dolları son dövrdə dəstəkləyən amerikalı investorların qazanclarını ölkəyə gətirməsi də azalacaq.
Beləliklə "Morgan Stanley", dolların zəifləyəcəyi barədə "Goldman Sachs Group Inc" və "Western Asset Management"ə oxşar fikirləri müdafiə etmişdir. ABŞ Dollarının 10 mühüm valyuta qarşısında qiymətini göstərən Bloomberg Dollar Spot İndeksi ötən il 3 faiz artdıqdan sonra 2019-cu ildə G-10 ölkələrinin pulları qarşısında çox dəyişməyib.
Digər tərəfdən, dollardan uzaqlaşanlar, sadəcə, strateqlər deyil.
Beynəlxalq Valyuta Fondunun (IMF) Cümə günü açıqladığı məlumatlara görə, qlobal mərkəzi bankların dollardakı ehtiyatları ardıcıl üç rüb azalaraq 2013-cü ildən bu yana ən aşağı səviyyəsinə enib.Dollar "rezerv" valyutası kimi cazibəsini itirir.
Strateqlər, "Dolların zəifləməsi onu daha az cəlbedici edir. Vəziyyətin bir çıxılmaz dairəyə çevrilməsilə risklərinin yüksək olduğunu düşünürük" şəklində bildiriblər.
Qeyd edək ki, Dollar Avro qarşısında da ucuzlaşıb. Bakı vaxtı ilə saat 15:45-də Avro/Dollar məzənnəsi 1.1203 səviyyəsində olub. Məzənnənin tezliklə 1.11 səviyyələrinə düşəcəyi gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
- 10 saat əvvəl
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Xəzər" Kredit İttifaqı 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
-
15 saat əvvəl
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
- 16 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi
Aprelin 29-da gözlənilən hava şəraiti
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün 86 milyon manata yaxın pul ayrıldı - SƏRƏNCAM
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib
TuranBank-dan “Yaşıl gələcəyə” növbəti addım: 1 milyon ağac hədəfi
Unicapital PAŞA Bank səhmlərinin marketmeykeri olacaq
BP-nin mənfəəti İran müharibəsi ilə 2 dəfədən çox artıb
3 gün, 0% komissiya: Unibank yeni kredit kampaniyası keçirir






.jpg)






.jpg)




