Vergi Məcəlləsinə yeni dəyişikliklər ediləcək
Məqsəd nağdlaşma səviyyəsinin azaldılmasıdır
Fevralın 28-də Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclasında, bir sıra məsələlərlə yanaşı, vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi və vergi sahəsində şəffaflığın təmin edilməsi, vergi mədəniyyətinin formalaşdırılması, real vergi potensialının müəyyən edilməsi və münbit vergi mühitinin yaradılması istiqamətində məsələlər müzakirə edilib.
İclasın nəticələrinə əsasən, "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə" ölkə Prezidentinin 2018-ci il 22 dekabr tarixli fərmanı ilə müəyyən olunmuş tapşırıqların icrasını təmin etmək məqsədilə vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi ilə bağlı Maliyyə Nazirliyi və Vergilər Nazirliyinin Nazirlər Kabinetinin iclasında qaldırdığı məsələlər və verilən təkliflər nəzərə alınmaqla, aidiyyəti dövlət orqanlarına müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.
Bundan əlavə, Vergilər Nazirliyi İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə ölkədə nağdlaşma səviyyəsinin azaldılması və növbəti dövlət büdcəsi zərfi çərçivəsində Vergi Məcəlləsində dəyişikliklər edilməsi ilə bağlı razılaşdırılmış qanun layihəsini hazırlayaraq 2019-cu il mayın 1-dək Nazirlər Kabinetinə təqdim etməlidir.
Eyni zamanda, Vergilər Nazirliyinə Maliyyə və İqtisadiyyat nazirlikləri ilə birgə konstruktiv əməkdaşlıq çərçivəsində "Azərbaycan Respublikası Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi haqqında, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu qanunla təsdiq edilmiş "Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli fərmanının 3.2.3-cü yarımbəndi ilə verilmiş tapşırığa uyğun olaraq, əmtəəsiz əməliyyatlar aparmaqla və yalan əqdlər bağlamaqla vergidən yayınan vergi ödəyicilərinin fəaliyyətinin qarşısının alınması, habelə bu cür əməliyyatların vergiyə cəlb edilməsi ilə növbəti dövlət büdcəsi zərfi çərçivəsində Azərbaycan Respublikası Vergi Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı razılaşdırılmış qanun layihəsini 2019-cu il mayın 1-dək Nazirlər Kabinetinin Aparatına təqdim etmək tapşırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
-
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı
Bu bank pulunuza illik 12% gəlir təklif edir
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
Ən çox oxunanlar
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib






.jpg)





.jpg)





