Rusiya OPEC-ə xəbərdarlıq edib
OPEC və kartelə üzv olmayan neft ölkələri ötən ilin noyabrında Vyanada əldə edilən anlaşmanın vaxtını uzatmasa, Rusiya 2017-ci ildə neft hasilatını 548-551 mln. tona qədər artıra bilər.
Bunu Rusiyanın energetika naziri Aleksandr Novak "Reuters" agentliyinə müsahibəsində bildirib. Nazir qeyd edib ki, hazırda anlaşmanın uzadılması barədə danışmaq üçün tezdir. Əvvəlcə onun qlobal neft ehtiyatlarına təsirinin öyrənilməsi lazımdır.
"Bizim hesablamalara görə, əgər anlaşma uzadılamsa, o zaman Rusiya hasilatı 548-551 mln. tona çıxaracaq", - deyə nazir vurğulayıb. Qeyd edək ki, Rusiya 2016-cı ildə 547,5 mln. ton neft hasil edib. Analitiklər anlaşmaya qoşulan ölkələrdən hər hansı birinin öhdəliyinə əməl etməməsi durumunda onun qüvvədən düşəcəyindən ehtiyat edirlər.
Xatırladaq ki, OPEC və qeyri-OPEC ölkələrinin növbəti iclası mayın 25-də keçiriləcək. Bu sammitdə anlaşmanın uzadılıb-uzadılmaması məsələsi müzakirə olunacaq. Son məlumatlara görə, hazırda OPEC anlaşma şərtlərinə 94%, qeyri-OPEC ölkələri isə 60% əməl edib. Ən az hasilatı azaldan ölkələrdən biri isə məhz Rusiyadır. O, 300 min barel əvəzində hasilatı fevral ayının yekunlarına əsasən 121 min barel azaldıb və öhdəliyinə 40% əməl edib. Bununla yanaşı, Rusiya ixracını 66 min barel/gün artırıb.
A.Novak həmçinin ABŞ-da gündəlik hasilatı ilə bağlı artım proqnozunu 300-400 min barel/gündən 400-500 min barel/günə yüksəldib.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 10 d. əvvəl
- 23 d. əvvəl
- 26 d. əvvəl
- 33 d. əvvəl
- 50 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)





.jpg)








