“AzerTelecom” ADA Universitetində Karyera sərgisində iştirak edib
(®) Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti “AzerTelecom” ADA Universiteti tərəfindən təşkil olunmuş növbəti - sayca 7-cı Karyera sərgisində iştirak edib.
Ölkənin informasiya və kommunikasiya texnologiyaları və digər sektorlarında fəaliyyət göstərən 70-dən çox şirkəti və ADA Universitetinin çoxsaylı tələbə və məzunlarını bir araya gətirən karyera sərgisi zamanı tələbələr və məzunlar ölkənin telekommunikasiya sektorunda qabaqcıl və inkişaf edən şirkət olan AzerTelecom barədə, eləcə də şirkətdə mövcud vakant iş yerləri və təcrübə keçmək imkanları barədə məlumat əldə ediblər, onları maraqlandıran suallara müvafiq cavablar alıblar.
Karyera sərgisi “AzerTelecom” şirkəti və hazırda təhsil alan və ya artıq məzun olmuş gənclər arasında yeni əlaqələrin qurulması, şirkətin təqdim etdiyi imkanlar barədə ətraflı şəkildə məlumatlanmaq, istedadlı tələbə və məzunları aşkara çıxarmaq baxımından faydalı olub.
Ölkənin İKT sektorunda artıq 10 ildən artıqdır ki, çalışan və korporativ müştərilərə qabaqcıl telekommunikasiya xidmətləri təqdim edən şirkət insan resurslarının davamlı inkişafına xüsusi diqqət yetirir və mütəmadi olaraq karyera sərgilərində iştirak edir.
Şirkət ötən il də ADA Univetrsitetində təşkil olunmuş Karyera sərgisində aktiv iştirak etmişdi. Ötən il karyera sərgisində müxtəlif şirkətlər tərəfindən ümumilikdə 1300-dən çox tələbə və məzunlar üçün yeni iş imkanları sərgilənmişdi.
Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatoru olan AzerTelecom 2008-ci ildə təsis edilib və ölkənin ilk mobil operatoru - Bakcell şirkətinin törəmə şirkətidir. “AzerTelecom” internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SİP telefoniya, FTTx (fiber optik xətt xidməti), Data mərkəz xidmətləri, VPN (virtual şəxsi şəbəkə), DDOS hücumundan müdafiə və digər xidmətlər təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 17 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur












.jpg)






