Bakıda 2 məşhur avtomobil markasının satış və servis mərkəzi açılır + FOTOLAR
Təxminən 3 ilə yaxın fasilədən sonra Azərbaycanda Jaguar və Land Rover avtomobillərinin rəsmi satışı başlayır.
"Marja"nın məlumatına görə, bu gün axşam "Avtolux-Azərbaycan" şirkəti Bakıda Jaguar - Land Rover satış və servis mərkəzini istifadəyə verəcəkdir.
Mərkəzin açılışı münasibətilə keçirilmiş mətbuat konfransında "Avtolux- Azərbaycan" şirkətinin baş direktoru Mark Pocock bildirib ki, satış və servis mərkəzi ən son standartlar və texnologiyaya əsasən qurulub:
"Əvvəllər bazarda boşluq var idi. Bu markaların orijinal ehtiyyat hissələri və peşəkar ustalar yox idi. Mərkəzin açılması ilə bu vəziyyətə son qoyulur. Ən müasir avadanlıqlar ilə təchiz edilmiş servis mərkəzi təlim keçmiş ustalar ilə müştərilərin ixtiyarına verilir"
Mərkəzin satış salonu 2 mərtəbədən ibarətdir. Birinci mərtəbədə yeni, 2-ci mərtəbədə isə 2-ci əl avtomobillər nümayiş etdirilir. Salonda Jaguar və Land Roverin ən çox bəyənilən yeni modelləri yer alır.
Artıq alıcılar Jaguar və Land Rover modellərini rahat və etibarlı şəkildə rəsmi idxalçıdan əldə edə bilərlər.
Mərkəzin satış müdiri Elmir Xəlilov "Marja"ya bildirdi ki, 2015-ci ildən əvvəlki dövrdə Jaguar və Land Rover modellərinin satışı kifayət qədər yüksək olmuşdur. Lakin məlum səbəblərdən rəsmi idxalçı fəaliyyətini dayandırdığından bazarda boşluq yaranmışdı. Yeni rəsmi distribyütor "Avtolux" şirkəti hər iki markanın bazar payını bərpa etməyi, hətta satışları əvvəlki distribyütorda olduğundan da yüksək səviyyəyə qaldırmağı planlaşdırır.
Rəsmi distribyütordan avtomobil almağın ən böyük üstünlüyü onun təklif etdiyi istehsalçı zəmanətidir. "Avtolux-Azərbaycan" şirkətinin Baş direktoru bildirdi ki, Jaguar və Land Rover avtomobillərinə 3 il və ya 100 min km zavod zəmanəti veriləcəkdir. Əlavə olaraq alınan avtomobilə 2 il və ya 50 min km zəmanət də təqdim olunacaqdır. Cəmi zəmanət şərtləri 5 il və ya 150 min km təşkil edəcəkdir.
Mətbuat konfransından sonra jurnalistlər servis mərkəzi və satış salonları ilə tanış olublar. Qeyd edilib ki, servis mərkəzi "Jaguar- Land Rover" şirkətinin standartlarına uyğun fəaliyyət göstərəcəkdir.
Ünvan: Bakı şəhəri, Aşıq Molla Cümə küç., Blok C, D, E
Tel: (9914 12) 983
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
2 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)






.jpg)









