Fondun reytinqi Azərbaycanın reytinqinə bərabərdir
Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (Fond) fəaliyyətinin “Fitch Ratings” agentliyi (bundan sonra agentlik) tərəfindən növbəti qiymətləndirilməsi həyata keçirilib.
Agentliyin qiymətləndirilməsinə əsasən Fondun uzunmüddətli xarici və yerli valyutada defolt reytinqi “BB+” səviyyəsində (proqnoz “stabil”) təsdiq edilib.
Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Mətbuat xidmətindən "Marja"ya daxil olmuş məlumata görə, Agentliyin "Hökumətlə əlaqəli şəxslərin reytinq meyarları"na əsasən Fondun reytinqi Azərbaycan Respublikasının suveren reytinqinə bərabərdir. Bu, Fondun 100% dövlətə məxsus olması, Fondun fəaliyyətinə ciddi nəzarət olunması və Fondun ölkənin iqtisadi siyasətində strateji əhəmiyyətinə malik olması ilə əlaqədardır. Reytinq həmçinin, Fondun davamlı kapitallaşması və Mərkəzi Bankın Fondun emissiya etdiyi istiqrazlara verdiyi likvidlik dəstəyi şəklində olan dövlət dəstəyini əks etdirir.
Agentlik Fondun fəaliyyətinin dövlət tərəfindən dəstəklənməsini güclü olaraq qiymətləndirib və qurulduğu gündən etibarən hökumətin Fonda davamlı dəstək göstərilməsini qeyd edib. Sahibkarların kreditlərinə təminat və hesablanmış faizlərə görə subsidiyaların verilməsi vəzifələri Fondun mandatına əlavə edildikdən sonra bu dəstəyin miqyası daha da artıb. 2018-ci ildə Fondun kapitallaşması məqsədilə dövlət büdcəsindən 100 mln. manat məbləğində vəsait ayrılıb və 2018-ci ilin sonuna kapitalı 466 mln. manata çatıb.
Agentliyin mülahizəsinə görə, orta müddətli dövrdə də kapital dəstəyi və Mərkəzi Bankın likvidlik dəstəyi şəklində Fondun dövlət tərəfindən dəstəklənməsi davam edəcək. Qeyd olunanlarla yanaşı, Fondun gəlir vergisinin ödənilməsindən azad olunması və əldə edilən mənfəətdən sərbəst istifadə hüququ kimi dövlət dəstəyindən də faydalanır.
Əhalinin əlverişli şərtlərlə yaşayış sahələri ilə təmin edilməsinin Azərbaycan üçün prioritet məsələ olduğunu nəzərə alaraq, Agentlik hesab edir ki, dövlətin mənzil siyasətində Fond strateji əhəmiyyətə malikdir. Fondun daxili fond bazarında mövqeyi güclüdür. Fond Maliyyə Nazirliyi və Mərkəzi Bankdan sonra daxili istiqraz bazarının üçüncü böyük iştirakçısıdır.
Fondun qeyri-kommersiya missiyasına baxmayaraq, Agentlik hesab edir ki, Fond sağlam maliyyə vəziyyətini qorumağa davam edəcək. Bu, müntəzəm dövlət yardımları, ucuz maliyyələşdirmə, Fondun ipoteka portfelinin keyfiyyəti və qənaətbəxş likvidlik mövqeyi ilə təmin olunacaq.
Aşağıdakı keçid vasitəsilə Fitch Ratings Agentliyinin təqdim etdiyi press-relizlə tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur




.jpg)
.jpg)






.jpg)







