"Prezident iqtisadiyyatdan anlamır"
Yellen: Donald Tramp Fed-in siyasətlərini başa düşmür
ABŞ Mərkəzi Bankının (Fed) keçmiş sədri Janet Yellen ABŞ Prezidenti Donald Trampın Fed-in siyasətlərindən və makroiqtisadiyyatdan anlamadığını söyləyib.
"Marja" xəbər verir ki, Janet Yellen bir radioya verdiyi müsahibəsində ABŞ Prezidenti Donald Trampı tənqid edib.
Yellen, "Tramp iqtisadi siyasətlərdən anlayır?" sualına "xeyr anladığını hesab etmirəm" cavabını verib.
Yellen, "Konqresin bizə vermiş olduğu (maksimum məşğulluq və qiymət sabitliyi) səlahiyyətini də anladığından şübhəm var. Öz biznes planlarını dəstəkləmək məqsədilə dolların gücünü Fed tərəfindən hədəflənən hala gətirmək məsələsində fikirlər söylədi. Bu kimi ifadələr Fed-in iqtisadiyyatdakı təsirini və uyğun siyasət məqsədlərini anlamadığını göstərir",- deyib.
Fed-in ilk qadın sədri olan Yellenin sədrlik vəzifəsi 2018-ci ilin Fevral ayında başa çatmışdı. Tramp, Fed sədri təyin etdiyi Cerom Pauelli də tənqid edir.
Yellen bu kimi hücumların zərərli ola biləcəyinə diqqət çəkərək "Əgər bu davam edərsə, xüsusilə də ABŞ-da hər hansı bir səbəbdən şərtlər pisləşərsə Fed-ə olan etimada zərbə endirə bilər" deyib.
Fed keçən il 4 dəfə faiz artırmış, keçən aykı iclasda isə faiz artırmaq məsələsində "gözlə gör" möveyinə keçdiyini bildirilmişdi.
Yellen iqtisadi mənzərəyə dair bir çox qeyri-müəyyənlik olduğuna diqqət çəkərək, "İndi durub vəziyyətin necə dönəcəyinə izləmək məqsədəuyğun olar" açıqlamasını edib.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 1 gün sonra
- 31 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Şirkətin yerləşdiyi ərazidə park salınacaq, bina və qurğuları tamamilə söküləcək
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Dövlət şirkətinə Baş direktor təyin edilib
Misin qiyməti rekord səviyyəyə yaxınlaşır
Mayın 14-nün hava proqnozu - 31° isti gözlənilir
Ən çox oxunanlar
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
Azərbaycan neftinin son qiyməti
AFB Bank mobil tətbiqini yenilədi
SOCAR 20 faizlik payının bp-yə satışı ilə bağlı məlumat yaydı













.jpg)







