“Bakı Fond Birjası” Listinq qaydalarını yenilədi
“Bakı Fond Birjası” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən yenilənmiş “Qiymətli kağızların listinqə daxil olunması, listinqdə saxlanması, delistinqi və ticarətin təşkili” qaydalarının təqdimatı olmuşdur.
Sözügedən qaydalarda mövcud listinq prosesləri optimallaşdırlmış və bazar seqmentləri üzrə tələblər yerli bazarın xüsusiyyətlərinə uyğunlaşdırılmış, eləcə də qiymətli kağızların ticarətə buraxılması, listinqi və delistinqi və onların emitentlərinin birja qarşısındakı öhdəlikləri sadələşdirilmişdir.
Eyni zamanda yeni qaydalarda xarici emitent və Azərbaycanın üzv olduğu beynəlxalq qurumların Azərbaycan kapital bazarlarında qiymətli kağız buraxılışını tənzimləyəcək dəyişikliklər əlavə edilmişdir.
Tədbirdə Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Fond Bazarları Assosiasiyasının, İnvestisiya şirkətlərinin, Milli Depozit Mərkəzinin, Emitentlər və Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişdir.
Qeyd edək ki, yeni qaydalar BFB-nin internet səhifəsində yerləşdirilmişdir və 13 mart 2019-cu il tarixindən qüvvəyə minəcəkdir. Ətraflı: https://bfb.az/qayda-ve-telimatlar/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
51 d. əvvəl
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
-
1 saat əvvəl
Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatarlara keçilir
-
1 saat əvvəl
Pambıq yığımı başa çatır, sahələrdən 360 min tondan artıq məhsul yığılıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
Qızıl və gümüş rekord yenilədi
“XalqKart”da Yeni ilə özəl 6% keşbek
Ən çox oxunanlar
Suriyada yeni pul vahidi dövrü başlayır
Rəsmi məzənnələr açıqlandı
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI

















