"AİF-in ipoteka portfeli bu il 30-40% böyüyəcək”
“2016-cı ildə iqtisadiyyatın zəifləməsi və davamlı geriləmə Azərbaycan İpoteka Fondu ASC-yə (İMF) mənfi təsir göstərib”. Bu barədə “Fitch” beynəlxalq reytinq agentliyinin fond barədə yaydığı məlumatda qeyd olunub.
Agentliyin mütəxəssisləri hesab edir ki, neftin qiymətinin aşağı düşməsi, manatın devalvasiyası, bank sektorunun zəifləməsi AİF-in fəaliyyətinə təsir edib.
“Hökumətin makro mühitdəki dəyişikliklərə cavab siyasəti hələ də davam edir, bu isə orta müddətdə AİF-ə təsirini göstərəcək. AİF təsis edildiyi gündən hər il hökumətdən maliyyə dəstəyi alır. 2016-cı ilin sonuna ümumi maliyyələşmənin həcmi 316 milyon manat təşkil edib. Eyni zamanda, hökumət 2017-ci ildə fonda əlavə olaraq 50 milyon manat həcmində kapital ayrılmasını təsdiq edib. Proqnozlarımıza əsasən, əlavə kapitalın ayrılması və 200 milyon manatlıq istiqraz buraxılışından sonra AİF-in ipoteka portfeli bu il 30-40% böyüyəcək”, - deyə məlumatda qeyd olunub.
Buna baxmayaraq, agentliyin ekspertləri düşünür ki, AİF-in 2016-cı ildən vergi ödəyicisinə çevrilməsi onun kapitalının gəlirliliyini 1,65%-ə endirə bilər, halbuki bu göstərici 2014-2016-cı illərdə 1,97% təşkil edib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 17 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər







.jpg)








.jpg)





