"Südü bizə sata bilərsiniz" - İRİ ŞİRKƏTDƏN FERMERLƏRƏ MÜRACİƏT
“Fermerlər əllərində olan südü bizə sata bilərlər. Bunun üçün fermerlərin Səba-nın Biləsuvarda yerləşən südçülük müəssisəsinə müraciət etmələri kifayətdir” – Səba şirkətinin ictimaiyyətlə əlaqələr bölməsi belə məlumat yayıb.
Şirkətdən bildirilib ki, son zaman bazarda yaranmış mövsümi süd çoxluğu fermerlərin məhsullarının əllərində qalmasına səbəb olub. Yalnız təbii süddən istifadə edən və istehsal həcmini artıran şirkət fermerlərdən xam südü onlar üçün sərfəli qiymətə alır. Bunun üçün Fermerlər südü Səba-ya təhvil vermək üçün 0502458897 nömrəli telefona zəng edə bilərlər.
“Səba şirkəti bir neçə ildir ki, Rusiya bazarına quru süd ixrac edir. Bu il artıq Gürcüstan da bizim məhsulun alıcısı olub. İrandan quru süd sifarişi almışıq. Hazırda xam südə ehtiyacımızı ödəməklə yanaşı, bizim xammal mənbəyimiz olan fermerlərin öz məhsullarını reallaşdıra bilmələrinə və ayaq üstə qalmalarına çalışırıq” – Səba-dan bildirilib.
Şirkətdən məhsul almaq istəyini “Aqrar Tədarük və Təchizat” ASC də bildirib və hələ satış olmasa da, bu barədə müqavilə imzalanıb.
Səba-nın süd zavodu günlük 200 ton süd qəbul və emal etmək gücünə malikdir. Müəssisədə yağ, qatıq, xama, qaymaq, ayran, dovğa, pendir, kəsmik, quru süd kimi məhsullar istehsal olunur.
Qeyd etmək lazımdır ki, Səba brendi Azərbaycanda süd məhsulları halallıq sertifikatı almış yeganə markadır. Müəssisənin süd məsulları GİMDES Halal Sertifikatı ilə təltif edilib.
Səba bütün süd məmulatlarını şüşə qablaşmada buraxan ilk yerli brend kimi Azərbaycanda sağlam qablaşdırma ənənəsinin əsasını qoyub.
Səba süd məhsulları içərisində kərə yağı xüsusi tələb olunan məhsuldur. Nehrə üsulu ilə, südün qaymağından yığılan 82.5% kərə yağı tərkibli Səba yağı təbiiliyi, keyfiyyəti və istehsal standartı ilə Almaniya və Hollandiyanın premium kərə yağı brendləri ilə rəqabət qabiliyyətinə malikdir. Səba-nın fermerlərdən topladığı südün keyfiyyətinə verdiyi tələbin səbəblərindən başlıcası da həmin süddən hazırlanan yağın tərkibinin yüksək dərəcədə təmizliyidir.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 3 gün sonra
-
- 2 saat sonra
-
44 d. əvvəl
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
- 58 d. əvvəl
-
1 saat əvvəl
Neft bahalaşıb: Daha yüksək volatillik barədə xəbərdarlıq edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
- 2 saat əvvəl
-
2 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 30 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Faktorinq şirkəti 14%-lə borca pul axtarır
Böyük Britaniya iqtisadiyyatı birinci rübdə 0,6% artıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
Məlumatları yerli “bulud”da saxla! – Xərclərə qənaət et!
Si Cinpin: "ABŞ və Çin rəqib deyil, tərəfdaş olmalıdır"
Rəsmi məzənnələr açıqlandı
Trampın FED sədri vəzifəsinə namizədi Senat tərəfindən təsdiqlənib - Kevin Uorş dövrü başlayır






.jpg)
.jpg)





.jpg)







