İxrac missiyaları, sərgilər, təşviq... = 151 MİLYON DOLLARLIQ ARTIM
İxrac missiyalarına, xarici sərgilərdə iştiraka, ixrac təşviqinə, ticarət evlərinin açılmasına və digər dövlət dəstəklərinə baxmayaraq qeyri-neft məhsulları ixracı kəskin artmır. Əksinə, qeyri-neft məhsulları ixracının artım sürəti 2 dəfə aşağı düşüb.
“Marja” Dövlət Gömrük Komitəsinin məlumatların istinadən xəbər verir ki, 2018-ci ildə ölkədən 1 milyard 689,2 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2017-ci ilə nisbətən faktiki qiymətlərlə 9,8 faiz, real ifadədə isə 1,0 faiz çoxdur. Real ifadədə artımın cüzi olması ixrac olunan qeyri-neft məhsullarının miqdarının aşağı düşdüyünə işarədir.
2017-ci ildə 1 milyard 538,4 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdi ki, bu da 2016-cı ilə nisbətən faktiki qiymətlərlə 24,4 faiz, real ifadədə isə 22,2 faiz çox idi.
Qısası, 2017-ci illə müqayisədə 2018-ci ildə qeyri-neft məhsullarının ixracı pul ifadəsində cəmi 150,8 milyon dollar artıb.
2016-cı ildə qeyri-neft məhsullarının ixracı 2015-ci ilə nisbətən 16,4 faiz azalaraq 1 milyard 237,1 milyon dollar təşkil etmişdi.
Devalvasiyalardan sonra qeyri-neft məhsulları ixracının dəfələrlə artacağı ümid edilirdi. Bir ildə qeyri-neft məhsulları ixracının cəmi 150,8 milyon dollar artması qənaətbəxş deyil. Rəqəmlər göstərilir ki, həyata keçirilən tədbirlər hələlik effektli deyil. Ekspertlər hesab edirlər ki, markalaşma və qlobal brendlər ilə birgə istehsal olmadan böyük həcmlərdə ixraca nail olmaq çətin olacaqdır.
Ümid edək ki, xaricdə ticarət evlərinin açılması, ixrac missiyaları, sərgilərdə iştirak, ölkədə ixracı əvəz edəcək istehsalların qurulması və s. qarşıdakı illərdə ixracın daha yüksək templər ilə artmasına səbəb olacaqdır.
Sonda qeyd edək ki, Azərbaycan ixracatçıları Dollar/Manat məzənnəsinin 1.70 səviyyəsində sabit qalmasının ixraca mənfi təsir etdiyini bildirirlər. Əgər Manat bir qədər də ucuzlaşarsa ixracatçılar xarici bazarlarda qiymətləri endirə və ya ixracdan manat ifadəsində daha çox gəlir götürə bilərlər. Ötən dövr ərzində xarici bazarlarda Azərbaycana rəqib ölkələrin milli valyutaları ucuzlaşdığından həmin ölkələrin ixracatçılarının rəqabət qabiliyyətləri artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub



























