"Bank Respublika" gənclər üçün xüsusi kampaniyaya başlayır
Bank Respublika “2 fevral - Gənclər günü” ilə bağlı 2 həftə davam edəcək özəl kampaniyaya start verir.
Kampaniya çərçivəsində Bank, gənclərin arzularına çatdıracaq xüsusi təkliflər təqdim edir.
Belə ki, aksiya çərçivəsində 35 yaşınadək şəxslər bankın kredit və taksit kartlarından rəsmiləşdirmə komissiyası ödəmədən faydalana biləcəklər.
“Kredit Xətti” məhsulu rəsmiləşdirmə komissiyası olmadan, 12 aylıq və maksimal məbləğ 10 min manat olmaqla təklif olunur. Həmçinin 3 min manatadək məbləğlər üzrə zamin tələb edilmir. Müvafiq məhsulun əsas üstünlüyü nağd və nağdsız əməliyyatlar üzrə 45 günədək faizsiz güzəşt müddəti (grace period) imkanının olmasıdır.
Bundan başqa, gənclər 5 il müddətinə rəsmiləşdirilən“PayKart” taksit kartını da 0 % komissiya ilə əldə edə biləcəklər. PayKart taksit kartı gənclərin bir çox sevimli brendlərində faizsiz alış-veriş imkanını yaradaraq bütün ehtiyacları ödəməsini təmin edir.
“Bank Respublika”dan istənilən plastik kartı əldən edənlər, kart ilə yanaşı pulsuz olaraq Mobil və İnternet Şöbə xidmətlərini də hədiyyə olaraq əldə edəcəklər.
Qeyd edək ki, kampaniya fevralın 1-dən fevralın 15-dək davam edəcək.
Bankın bütün müştəriləri vaxt itirmədən bankın rəsmi saytında, eləcə də WhatsApp Kredit xidmətindən istifadə edərək, 050 2459144 nömrəsinə yazaraq kredit kartını sifarişi edə bilərlər.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 3 gün sonra
-
- 2 saat sonra
-
8 d. əvvəl
Honda-da tarixi sarsıntı: 69 ildən sonra ilk dəfə illik zərər açıqlayıb
-
49 d. əvvəl
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
- 1 saat əvvəl
-
1 saat əvvəl
Neft bahalaşıb: Daha yüksək volatillik barədə xəbərdarlıq edilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 30 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
“Abşeron” Ticarət Mərkəzində "McDonald’s" restoranı açılacaq
Neft bahalaşıb: Daha yüksək volatillik barədə xəbərdarlıq edilib
Böyük Britaniya iqtisadiyyatı birinci rübdə 0,6% artıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Ekologiya və təbii sərvətlər nazirinə birinci müavin təyin olunub
Məlumatları yerli “bulud”da saxla! – Xərclərə qənaət et!
Si Cinpin: "ABŞ və Çin rəqib deyil, tərəfdaş olmalıdır"















.jpg)






