9 sığorta şirkətinin ödənişləri artıb
2018-ci ilin yekununa görə, Azərbaycandakı 21 sığorta şirkətindən 9-nun ödənişləri illik müqayisədə artıb, 12-nin ödənişləri azalıb.
Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistik hesabatda bildirilir.
Hesabata əsasən, ödənişləri ən çox artan şirkət "Qala Sığorta" ASC-dir. Bu şirkət hesabat dövründə 1,963 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 4,6 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “PAŞA Sığorta"dır. Bu şirkətin ödənişləri ötən il 49,52 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 14% çoxdur.
Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "A-Qrup Sığorta" ASC-dədir. Bu şirkət il ərzində 8,064 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 0,4% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə "Atəşgah Həyat Sığorta" ASC-dədir. Bu şirkətin ödənişləri 73,3% azalaraq 14,72 milyon manata düşüb.
9 sığorta şirkətinin ödənişləri artıb
2018-ci ilin yekununa görə, Azərbaycandakı 21 sığorta şirkətindən 14-nün yığımları illik müqayisədə artıb, 7-nin yığımları azalıb.
Hesabata əsasən, ötən il yığımları ən çox artan şirkət "Amrah Sığorta" ASC-dir. Bu şirkət hesabat dövründə 744 min manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 34,5 dəfə çoxdur. Yığımları ən az artan şirkət isə "Standard Insurance" Sığorta Şirkəti ASC-dir. Bu şirkətin daxilolmaları ötən il 12,931 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 2,7% çoxdur.
Yığımları azalan şirkətlər arasında ən pis vəziyyət "Günay Sığorta" ASC-dədir. Bu şirkət il ərzində 5,837 milyon manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 38,6% azdır. Daxilolmalarda azalma baxımından ən yaxşı vəziyyət isə "İpək Yolu Sığorta" ASC-dədir. Bu şirkətin yığımları 3,8% azalaraq 17,003 milyon manata düşüb.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Renkinq
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 59 d. əvvəl
-
1 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti






.jpg)









.jpg)







