“PAŞA Sığorta” işçi axtarır
“PAŞA Sığorta” namizədləri Fərdi və bank sığortası üzrə assistent vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
- Fərdi və bank sığortası üzrə assistent mövcud olan fərdi müştəri bazasının genişləndirilməsi və satış həcminin artırılması məqsədilə şirkət tərəfindən təqdim olunan sığorta məhsullarının və xidmətlərinin irəliləyişi üzərində işləyir;
- Müştərilərə zənglər edir və Şirkətə müraciət edən müştərilərə informasiya dəstəyinin göstərilməsi ilə keyfiyyətli xidmət göstərir;
- Vaxtı bitməkdə olan sığorta şəhadətnamələri üzrə müştərilərə zənglər edir və şəhadətnamələrin yenilənməsini təmin edir;
- Gündəlik satış barədə müvafiq hesabat formasını birbaşa menecerə təqdim edir;
- Birbaşa menecerin tapşırığı ilə digər işləri yerinə yetirir.
Bilik və bacarıqlar:
- Ali təhsil, biznes və ya marketinq sahəsində təhsilə üstünlük verilir.
- Ünsiyyətçilik, çalışqanlıq, məsuliyyətlilik, dəqiqlik, öz fikirlərini təmiz ifadə etmək bacarığı, yaranan problemli vəziyyətləri tez həll etmək bacarığı, komandada çalışmaq bacarığı, təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı;
- Azərbaycan və rus dilinin sərbəst biliyi, işgüzar ingilis dili biliyinə üstünlük verilir.
- Telemarketinq, telesatış sahəsində iş təcrübəsinin olması mütləqdir.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.
Elanın bitmə tarixi mart ayının 17-dir.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
-
2 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
4 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
5 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
5 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
5 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
Ən çox oxunanlar
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib























