OPEC-in istehsalı dekabrda azalıb
OPEC-in dekabr ayına dair neft bazarı hesabatına görə, dekabrda qlobal neft hasilatı noyabr ayı ilə müqayisədə gündəlik 350 min barel azalaraq 100 milyon 20 min barel olub.
"Marja" hesabata istinadən xəbər verir ki, dekabrda OPEC-ə üzv olmayan ölkələrdə neft istehsalı gündəlik 400 min barel artımla təxminən 68 milyon 440 min barelə qalxıb.
OPEC-in xam neft istehsalı keçən ilin dekabr ayında noyabr ayı ilə müqayisdə gündəlik 751 min barel azalaraq 31 milyon 580 min barel olub. Beləcə OPEC-in dekabrda cəmi qlobal neft hasilatındakı payı bir əvvəlki ayla müqayisdə 0,6% azalaraq 31,6% səviyyəsinə geriləyib.
Keçən ay OPEC daxilində gündəlik xam neft istehsalını ən çox artıran ölkələr İraq, Küveyt və Qabon olub. İraqda gündəlik istehsal 88 min barel artımla 4 milyon 714 min barelə yüksəlib. Küveytdə gündəlik xam neft istehsalı 29 min barel artaraq 2 milyon 800 min barelə, Qabonda isə gündəlik istehsal 26 min barel artaraq 197 min barelə çatıb.
Dekabrda gündəlik neft istehsalında OPEC daxilində ən böyük azalma Səudiyyə Ərəbistanı, Liviya və İranda baş verib. Səudiyyə Ərəbistanında gündəlik istehsal 468 min barel azalaraq 10 milyon 553 min barelə geriləyib.
Liviyada gündəlik neft istehsalı 172 min barel geriləyərək 928 min barelə, İranda isə 159 min barel azalaraq 2 milyon 769 min barelə düşüb.
OPEC-in təxmininə görə, bu il qlobal neft tələbi keçən illə müqayisədə 1 milyon 290 min barel artımla gündəlik 100 milyon 80 min barelə çatacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
BOKT illik 18% gəlir təklif edən istiqrazlarına “Ticarətə İcazə” qərarı verildi
-
-
6 saat əvvəl
“Zabrat maşınqayırma zavodu” özəlləşdirildi - QALİB ŞİRKƏTİN ADI VƏ MÜQAVİLƏNİN MƏBLƏĞİ AÇIQLANDI
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin 2025-ci il üzrə dövriyyələri açıqlandı - SİYAHI
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Azərişıq”ın Naxçıvan idarəsinin rəisi və şöbə müdiri vəzifədən azad edilib
-
8 saat əvvəl
ABŞ: Məqsəd Qrenlandiyanı “işğal etməklə deyil, satın alaraq” əldə etməkdir
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət Xəzinədarlıq Agentliyinə direktor təyin olunub
Bakı Fond Birjasının dövriyyəsi 10 faizdən çox azalıb
Ən çox oxunanlar
Xalq Bankdan depozit seyfi xidməti
Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı
"Ermənistan və Azərbaycan potensial ticarət üçün məhsul siyahılarını mübadilə edir"
Dövlətə məxsus bank və BOKT-ların yenidən təşkilinə və ləğvinə prezident qərar verəcək
Dünyada mis çatışmazlığının daha da dərinləşməsi gözlənilir
Yanvarın 9-da gözlənilən hava şəraiti









.jpg)

















