Daha bir şirkət quru çay istehsal edib xaricə satacaq
Lənkəran rayonun böyük fermer təsərrüfatlarından olan “Yaşıl çay” MMC uğurlu fəaliyyəti ilə yeni layihələrə imza atır. Cəmiyyət qarşıya ixracyönümlü məhsullar istehsal etmək kimi prioritet vəzifə qoyub.
Fermer təsərrüfatının rəhbəri Araz Yağubov bu günlərdə İran İslam Respublikasından işgüzar səfərdən qayıdıb.
“Yaşıl çay” MMC-nin inkişaf mərhələsini yaşadığını vurğulayan A.Yağubov müsahibəsində deyib:
“Təsərrüfatımızda yeni çay sahələrinin salınması ilə bağlı İqtisadiyyat Nazirliyinə təqdim etdiyimiz biznes layihəsi bəyənilərək, “İnvestisiya təşviqi” sənədi verilib. İkinci əsas layihəmiz isə qida məhsullarının istehsalı ilə bağlıdır. Yeni çay emalı müəssisənin yaradılmasını nəzərdə tutan layihəmiz də icraatdadır və həmin sənədin də tezliklə veriləcəyinə ümid edirik. “İnvestisiya təşviqi” sənədi bizə Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanunda nəzərdə tutulan güzəştlərdən yararlanmağa imkan verir. Hazırda ən ümdə məqsədlərimizdən biri çay emalı kompleksinin qurulmasıdır. Həmçinin təsərrüfatımızdakı mövcud mini emal sahəsi həcmi artan yaşıl çay yarpağını emal etmək gücündə deyil. Hazırda bu sahənin daha da genişləndirilməsi üçün çalışırıq. Bu məqsədlə İran İslam Respublikasına səfər etdim. Burada çay emal edən müəssisələrə baş çəkdim, çay emalı prosesi və onun qablaşdırılması prosesi ilə tanış olmaq imkanı qazandım”.
O qeyd edib ki, MMC-nin əsas məqsədi ixracyönümlü məhsullar istehsal etməkdir. Buna görə də çay emalı müəssisəsinin daha da genişləndirilməsi və modernləşdirilməsi mühüm vəzifə kimi qarşıda durur: “İranda çay emalı və qablaşdıran avadanlıqlar istehsal edən “Sanat Sazan Namavar CO” müəssisəsində müasir avadanlıqlarla tanış oldum. Həmin zavoddan çay çəkici-bükücü avadanlığın alınması barədə ilkin müqavilə imzaladıq. Yeni avadanlığın alınması ilə müəssisəmizdə mövcud çay emalı sahəsində müxtəlif çeşidli quru çay məhsullarının istehsalını və ekoloji cəhətdən təmiz təbii məhsullarımızı xarici ölkələrə ixrac etməyi nəzərdə tuturuq”.
Prezident İlham Əliyevin “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi ilə bağlı göstəriş verdiyini deyən fermer bildirib ki, bu, aqrar sahədə çalışan iş adamlarına yeni yol açır, mövcud istehsal sahələrinin daha da modernləşməsinə və daha keyfiyyətli məhsul istehsalına sövq edir. “Bu gün qarşıda duran ümdə vəzifələrdən biri ixracda həm məhsulların çeşidinin, həm də coğrafiyasının şaxələndirilməsidir. Azərbaycan məhsullarının yeni bazarlara çıxış imkanlarını genişləndirmək üçün həyata keçirilən tədbirlər öz bəhrəsini verir. Biz sahibkarlar da buna çalışırıq. Bütün bunlar isə qeyri-neft sektoruna qoyulan investisiyaların artırılmasına, yeni iş yerlərinin açılmasına əlverişli zəmin yaratmaqla yanaşı, sahibkarlığın inkişafına da əhəmiyyətli töhfə verəcək”.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 26 d. əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
5 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
6 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
6 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
6 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib






















