Mühüm məlumatlar açıqlandı - DOLLAR BAHALAŞDI
ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq və əməkhaqqı artımları sürətlənib. Bu vəziyyət 2019-da risklərin artmasına baxmayaraq, məşğulluq bazarının gücünü qoruduğunu göstərib.
ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq Dekabrda proqnozu aşıb.
"Marja" xəbər verir ki, ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq Dekabrda 312 min artıb. Proqnoz 178-184 min aralığında idi.
İşsizlik nisbəti isə 3.7% proqnoza qarşılıq 3.9% olub.
Ortalama saatlıq maaşın illik müqayisədə 3% artacağı gözlənərkən 3.2% artıb. Aylıq müqayisədə isə 0.3%-lik proqnozu aşaraq 0.4% artıb.
Məşğulluğun Oktyabr göstəricisi 237 mindən 274 minə, Noyabr göstəricisi də 155 mindən 176 minə dəyişdirilib.
Kənd təsərrüfatı xaric məşğulluğun proqnozdan yüksək olması və maaşların artması ilə əlaqədar olaraq Dollar bahalaşıb. Avro/Dollar məzənnəsi 1.1405 səviyyələrindən 1.1353 səviyyələrinə geriləyib (saat 18:30-a olan məlumat). Dollar Avro qarşısında 0,4% dəyər qazanıb.
Dolların 10 mühüm valyuta qarşısında dəyərini göstərən Bloomberg Dollar İndex 0,3% yüksələrək 1197.28 bəndə qalxıb. Dolların 6 mühüm valyuta qarşısında gedişini göstərən Dollar İndex də 0,3% artımla 96.56-ya çatıb (saat 18:40-a olan məlumat).
Proqnozlardan yüksək göstəricilər, Fed-in də dilə gətirdiyi sağlam məşğulluq bazarını təsdiq edir. Fed üzvləri ötən iclasda 2019-cu il üçün faiz artırımı gözləntilərini 2-yə endirmişdi.
İşə qəbullar və maaş artımlarının istehlakçı xərclərini dəstəkləyəcəyi bildirilir. Ancaq ABŞ - Çin ticarət müharibəsi, emal sektorunda zəifləmə və qlobal iqtisadiyyatda soyuma gözləntiləri ilə 2019-da məşğulluq bazarında bu trendin qorunmasının çətin olacağı da ifadə edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
-
- 5 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı
Bu bank pulunuza illik 12% gəlir təklif edir
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
Ən çox oxunanlar
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib






.jpg)
.jpg)






.jpg)




