Marcom şirkəti növbəti il üçün planlarını açıqladı
Azərbaycanda və Gürcüstanda fəaliyyət göstərən Marcom Marketinq və PR şirkəti 2019-cu il üçün olan planlarını açıqladı.
Şirkətin icraçı direktoru Ceyhun Fərzəliyevin sözlərinə görə 2018-ci il Marcom şirkəti üçün yeni əməkdaş transferləri, rəqəmsal marketinq üzrə əldə olunmuş sertifikatlar və fərqli layihələrlə yadda qalıb. Onun sözlərinə görə 2019-cu ildə şirkət daha çox rəqəmsal marketinqə fokuslanacaq. “Növbəti il üçün nəzərdə tutduğumuz planların bir qismi artıq hazırdır. 2019 - cu ildə bazara 3 yeni xidmət və rəqəmsal platforma təqdim etməyə hazırlaşırıq. Təqdim edəcəyimiz məhsullar həm bazarın maariflənməsinə, həm də davamlı inkişafına xidmət edəcəkdir. Əlbəttə ki, əvvəlki illərdə olduğu kimi növbəti ildə də keyfiyyətli işlər görmək üçün insan kapitalına yatırım etməyi hədəfləyirik.
Müsahibə zamanı şirkətin icraçı direktoru onu da qeyd edib ki, şirkətin əsas şüarına uyğun olaraq öz müştərilərini sektorla bağlı daima maarifləndirməyə davam edəcəklər. Onun sözlərinə görə yerli bazarda fəaliyyəti tənzimlənməyən agentliklər mövcuddur. Həmin agentliklər müştəriləri yanlış istiqamətdə aparmaqla, sektorun imicinə kölgə salırlar. Bu da sonda həmin müştərilərin yerli marketinq və PR şirkətlərinə inamsızlığı ilə nəticələnir: “Bunun qarşısını almaq üçün biz yeni məhsul hazırlamışıq və 2019-cu ildə həmin məhsulu bazara təqdim edəcəyik”.
Qeyd edək ki, Marcom Marketinq və PR şirkəti Google üzrə dünyada malik olan 20 rəqəmsal sertifikatın 14-ə sahibdir.
Müştərilərin xəbərləri
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
19 d. əvvəl
Bank sədri: "Bu il 100 milyon manatlıq istiqraz emissiyasını planlaşdırırıq"
- 24 d. əvvəl
-
-
30 d. əvvəl
"Səhmdarlarımız nominal qiymətdən 15.6% dividend gəliri əldə edəcəklər"
-
35 d. əvvəl
Qırğızıstan vətəndaşlarının Azərbaycandakı BOKT-nun xalis mənfəəti 40 %-ə yaxın azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
ABB səhmdarlarına 200 milyon manat dividend ödənişi təklif ediləcək - MÜSAHİBƏ
-
1 saat əvvəl
Yapı Kredi “Texnologiyada Fürsət Bərabərliyi” proqramını Azərbaycana gətirdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan neftinin son qiyməti
Azərbaycanın iri bankı Özbəkistanda bank alır
Azərbaycanın ixracı və idxalı azalıb
Ən çox oxunanlar
Azərbaycan Ermənistandan məhsul idxalına başlayıb
Azərbaycana avtomobil idxalında böyük azalma
Əfsanəvi investor vəfat edib
Rəsmi məzənnələr açıqlandı
Çin iqtisadiyyatı 5% artıb
















.jpg)







