Hesabat: 2019-cu ildə dünyada quraqlıq və aclıq artacaq
“Bloomberg” agentliyinin analitikləri tərəfindən hazırlanan “Pessimistin bələdçisi” adlı hesabatda 2019-cu ildə dünyada kəskin ərzaq qıtlığı olacağı bildirilir.
BBC xəbər verir ki, ekspertlər gələn il El-Ninyonun (Sakit okeanın ekvatorial hissəsində temperatur dəyişiklikləri) planetin əksər hissəsində daşqınlara, meşə yanğınlarına, quraqlıq və qlobal aclığa səbəb olacağını, həmçinin silahlı münaqişələr nəticəsində qaçqınların sayının artacağını proqnozlaşdırırlar.
Fəlakət ssenarisi bu qış mövsümündə Əl-Ninyo effektinin meydana gələcəyini, Sakit okeanda anomal temperaturun olacağını və bunun bütün planetə təsir edəcəyini ehtiva edir. Dünya Meteorologiya Təşkilatının (DMT) məlumatında bildirilir ki, bütün bu ehtimallar 75-80 faiz təşkil edir. Amerikan meteoroloqları isə El-Ninyonun təsirinin yanvarda hiss olunacağını, 1-2 il davam edəcəyini qeyd ediblər. Bütün hallarda, 2019-cu ildə planetimizdə təbii fəlakətlər – Cənubi Amerikada daşqınlar, Afrikada, Şərqi və Mərkəzi Asiyada, habelə İndoneziya və Filippində quraqlıq hökm sürəcək.
Hesabatda qeyd olunur ki, iqlim anomaliyaları nəticəsində yaranacaq ərzaq qıtlığı siyasi toqquşmalara da gətirib çıxara bilər. Bundan başqa, ekvatora yaxın ölkələrdə müxtəlif epidemiyalar yayılacaq. Rusiya ərazisində isə ən soyuq yaz mövsümü gözlənilir, lakin qışda havanın temperaturu orta göstəricilərdən yuxarı ola bilər. Dünyanın böyük bir hissəsində El-Ninyonun və qlobal istiləşmənin təsiri ilə havanın hərarəti daha da yüksələcək və 2019-cu il ən isti il olacaq. Qızmar hava Avstraliyada taxıl sahələrini məhv edəcək, Braziliyanın kənd təsərrüfatı rayonlarında hər il davam edən yağışları quraqlıq əvəz edəcək. Bunun nəticəsində soya və qarğıdalı plantasiyaları yox olacaq. Sakit okean sahillərində yerləşən Yaponiyadan Hindistanadək ərazidə sel və daşqınlar düyü plantasiyalarını yuyub aparacaq və növbəti ilin payızında bir çox ölkələrdə ərzaq ehtiyatları xeyli azalacaq.
“Bloomberg”in analitikləri qeyd ediblər ki, böyük ölkələrdən Rusiya, Kanada, Ukrayna və ABŞ El-Ninyo effektindən zərər görməyəcəklər. Hesabatda vurğulanır: “Lakin Rusiya taxıl məhsullarının ixracını xeyli azaldacaq və Ukraynanın ixracına mane olmağa çalışacaq. Digər tərəfdən, Türkiyəyə rus raket sistemlərinin tədarükü nəticəsində NATO Bosfor və Dardanel boğazlarını bağlamağa məcbur olacaq ki, bunun nəticəsində Ukraynadan Yaxın Şərq və Afrikaya taxıl ixracı dayanacaq. Buna müvafiq olaraq, dünyada taxılın qiyməti rekord səviyyədə artacaq və 1974-cü ildə ərəb neftinə qoyulan embarqo nəticəsində yaranan vəziyyət təkrar olunacaq”.
Hesabat müəllifləri bildirirlər ki, yoxsul ölkələrin yeni qiymətlərlə ərzaq ala bilməməsi nəticəsində Şərqi və Şimali Afrikada humanitar fəlakət yaranacaq. Dünyanın ən böyük taxıl ixracatçılarından biri olan Misirdə də vəziyyətin pisləşəcəyi gözlənilir.
Analitiklər ABŞ Prezidenti Trampın iqtisadi-ticarət siyasətinin də dünyada ərzaq qıtlığının artmasına mənfi təsirini qeyd ediblər. Hesabatda vurğulanıb: “Tramp bazarları açmaq və dünyanı ərzaqla təmin etmək imkanına malik idi. Lakin o, “bizim məhsulumuz öz evimizdə qalacaq” bəyanatını verməklə ümidləri puça çıxardı. Beləliklə, amerikan fermerləri taxıl ixracından əldə edilən böyük gəlirlərdən də məhrum oldular. Onlara təzminat qismində ödənəcək 50 milyard dollar isə ABŞ-ın büdcə kəsirini artıracaq. Bəşəriyyəti bir hissəsinin xilaskarı isə Kanadanın Baş naziri Castin Trüdo olacaq. O, aclıqdan əziyyət çəkən ölkələrə milyardlara dollarlıq ərzaq məhsulları göndərəcək”.
“Bloomberg” analitiklərinin əvvəllər də verdikləri proqnozların əksəriyyəti özünü doğrultmuşdu.
© Azərtac
Müştərilərin xəbərləri
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
57 d. əvvəl
17% gəlir təklif edən istiqrazlaırın yerləşdirilməsi üzrə hərrac tarixi açıqlandı
-
-
1 saat əvvəl
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
-
1 saat əvvəl
Avropa Komissiyası SOCAR-ın İtaliya şirkətinin səhmlərini almasını təsdiqləyib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"S&P Global Ratings" PAŞA Bank-ın proqnozunu “müsbət”ə yüksəltdi
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Satışları kəskin azalıb - Nəhəng şirkət daha 100 mağaza bağlayacaq
-
3 saat əvvəl
Tarixin ən böyük birja çöküşü qapıdadır: “Hazırlıqlı olan daha da varlanacaq”
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi
Bank kuryer xidməti üzrə tenderi elan edir
"S&P Global Ratings" PAŞA Bank-ın proqnozunu “müsbət”ə yüksəltdi
“Yelo Bank”a 2 yeni icraçı direktor təyin edilib
Ən çox oxunanlar
Birbank-ın Yığım hesabı ilə pulunuz hər gün gəlir gətirsin
Satışları kəskin azalıb - Nəhəng şirkət daha 100 mağaza bağlayacaq
Unibank sahibkarlar üçün mikro kredit kampaniyasını davam etdirir
Rusiya şirkətinə məxsus palma yağı Azərbaycanda satışa buraxılmadı, məhv edilməsi barədə qərar qəbul edildi
“Beneva” şirkətinin bioloji aktiv qida məhsulu tələblərə cavab vermədiyindən məhv edilib




















