BP və Energetika Nazirliyi anlaşdı
BP və Energetika Nazirliyi bərpa olunan enerji mənbələri sahəsində imkanların birgə araşdırılması üçün Anlaşma Memorandumu imzaladılar
Bu gün BP və Azərbaycan Respublikasının Energetika Nazirliyi Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişaf etdirilməsi üçün birlikdə potensial imkanları araşdırmaq məqsədilə Anlaşma Memorandumu (AM) imzalayıblar.
BP-daən "Marja"ya daxil olmuş məlumata görə, bu memorandum Azərbaycan Hökumətinin bu yaxınlarda ölkədə bərpa olunan enerji mənbələri üzrə normativ hüquqi bazanın formalaşdırılmasına başladığını bəyan etməsi kontekstində imzalanıb.
Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov deyib:
“Ölkəmizdə alternativ və bərpa olunan enerjinin istehsalını artırmaq, enerji təhlükəsizliyinin təminatında bu enerjinin rolunu gücləndirmək bu gün dövlət başçısı tərəfindən qarşıya qoyulan həlli vacib məsələlərdir. Bərpa olunan enerji sahəsinin inkişafı üçün hazırda beynəlxalq təcrübə öyrənlir, qanunvericilik bazası yaradılır, beynəlxalq şirkətlərlə məsləhətləşmələr aparılır. Bu gün imzalanmış bu sənədlə Azərbaycanın indiyə qədər bərpa olunan enerji mənbələri üzrə gördüyü işlər yeni inkişaf mərhələsinə daxil olacaq. İnanıram ki, BP ilə neft-qaz sahəsində möhkəm tərəfdaşlığa əsaslanan əməkdaşlıq təcrübəmiz bərpa olunan enerji sahəsində də faydalı olacaq və biz birlikdə təmiz enerjinin inkişafına töhfə verəcəyik”.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib: “Biz ölkədə bərpa olunan enerji mənbələri üzrə potensialı başa düşmək və birlikdə araşdırmaq üçün Hökumətlə birgə işləməyə hazırıq və Azərbaycanda bərpa olunan enerji sektoru üçün planlaşdırılan bazanın yaradılmasını dəstəkləyirik.
Biz 20 ildən artıqdır ki, dünya miqyasında bərpa olunan enerji mənbələri sektorunda fəaliyyət göstəririk və Azərbaycanla bölüşə biləcəyimiz böyük təcrübəmiz var. Bərpa olunan enerji mənbələrindən əldə edilən enerjinin dünyada ən sürətlə artan enerji forması olaraq qalacağı gözlənilir, çünki istifadə olunan enerji resursları tərkibcə az karbonlu mənbələrə doğru dəyişir. Bu yaxınlarda Hökumətin bərpa olunan enerji mənbələri üzrə normativ hüquqi bazanın yaradılması barədə verdiyi bəyanatı alqışlayırıq və bu sahədə ölkənin səylərinə dəstək olmaq üçün bugünkü Anlaşma Memorandumunu imzalamaqdan məmnunuq.”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
15 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 19 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























