Bakıda saxta viza qalmaqalı - 7000 dollar cərimələnə bilərsiz
Bakıda sizin üçün viza düzəldəcəyini deyən dələduzlar peyda olub.
Bu barədə ictimai fəal Bəxtiyar Hacıyev məlumat verib.
O bildirib ki, artıq bu problem kütləvi hal alıb: “Bakıda kimsə qısa müddətdə Kanadaya və digər ölkələrə təhsil, turizm vizası almağa söz verib, onlardan bir neçə min dollar pul alıb, qısa müddətdə vizalarını verib. Həmin vizalardan biri ilə Gürcüstandan Kanadaya uçmağa hazırlaşan bir ailəni hava limanında saxlayıblar, baxıblar ki, viza saxtadır, onları 7000 dollar cərimə edib, buraxıblar. Vizaların bəzilərində aşağıda Pakistan, Hindistana aid qeydlər olub. Nümunə vizalar internetdən götürülüb, fotoşopla düzəldilib, çap edilib pasporta yapışdırılırmış.
Cərimələnən saxta vizalı şəxslər Bakıya qayıdıb polisə şikayət etdikdə, yüzlərlə belə şikayətin daxil olduğunu, həmin şəxsin artıq Bakıda olmadığını, araşdırmanın getdiyini bildiriblər. Deyilənə görə, işlə 5-ci Polis Bölməsi məşğuldur”.
Sosial şəbəkələrdəki müzakirələr zamanı istifadəçilər saxta vizaların bir neçəsinin fotosunu yayımlayıblar. Qeyd olunub ki, vizanın ən aşağısında “İND” sözləri yazılıb və bununla da həmin vizanın internetdən götürüldüyü bəlli olur.
Bu vizaların 5 ay öncə fəaliyyətə başlayan “Eduvisa” şirkəti tərəfindən verildiyi yazılıb. Həmin şirkətin Feysbuk səhifəsi hazırda bağlıdır, saytlarında göstərilən telefon nömrəsinə etdiyimiz zənglərə isə cavab verən olmadı.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxlamağa çalışsaq da, hələ ki, aidiyyatı qurumdan zənglərə cavab verən olmayıb.
©Qafqazinfo
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır















.jpg)






