Azərbaycan-Rusiya rabitə operatorlarının görüşü keçirilib
Bu gün rabitə operatorlarının rəhbərlərinin iştirakı ilə yüksək səviyyəli görüş keçirilib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Marja"ya daxil olmuş məlumata görə,görüşə Azərbaycan Respublikasının Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə və Rusiya Federasiyasının Rəqəmsal inkişaf, rabitə və kütləvi kommunikasiyalar nazirinin müşaviri Mixayıl Mamonov başçılıq edib.
Tədbirdə Azərbaycan və Rusiya tərəfindən mobil rabitə və telekommunikasiya şirkətlərinin rəhbərləri, eləcə də səlahiyyətli şəxsləri iştirak edib.
Görüşdə mobil rabitə, telekommunikasiya və poçt sahəsində Azərbaycan-Rusiya arasında səmərəli əməkdaşlıq məsələləri müzakirə olunub.
Mobil rabitənin keyfiyyətinə nəzarət, beynəlxalq rouminq tariflərinin aşağı salınması, hər iki ölkənin mobil operatorlarının birgə koordinasiyalı fəaliyyəti və bu sahədə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə bir daha Rusiyaya məxsus mobil operatorların Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətinin qarşısının alınmasının vacibliyi vurğulanıb.
Eyni zamanda, Azərbaycana daxil olan beynəlxalq giriş trafikinin tam həcmdə, yüksək keyfiyyətli birbaşa kanallarla ötürülməsi qeyd edilib.
Poçt sahəsində elektron ticarət mübadiləsinin genişləndirilməsi sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində də danışıqlar davam etdirilib.
Mobil rabitə şəbəkələrində beynəlxalq telefon trafikinin qanunsuz istifadəsinin qarşısını almaq üçün “SİM-box” qurğuları ilə birgə mübarizə məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 8 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər





.jpg)










.jpg)





