“Nar Wi-Fi” ilə 4G artıq evinizdə
(®) Ölkənin ən gənc və innovativ mobil operatoru “Nar” yüksək sürətli internetə çıxış imkanı verən “Nar Wi-Fi” internet paylayıcısını təqdim edir. Bu avadanlıq sayəsində 30-dan artıq cihaz eyni anda istənilən məkanda sərfəli qiymətə yüksək sürətli internetə (LTE / 4G) çıxış əldə edəcək.
Yeni mənzilə və ya ofisə köçənlər, yaxud evində ənənəvi internetə qoşula bilməyənlər üçün “Nar Wi-Fi” ruterini özünüzlə götürmək yetərlidir ki, qısa müddətdə 4G interneti evinizdə olsun. Avadanlıq “Nar” 4G-LTE şəbəkəsinin əhatə etdiyi hər yerdə internetə çıxış əldə etmək imkanı verir. “Nar Wi-Fi” ev, bağ, ofis və biznes məkanlarını fiber optik kimi 20 Mbps sürətli internetlə təmin edən naqilsiz texnologiyadır.
Avadanlığı abunəçinin özü rahat şəkildə quraşdıra bilər. Abunəçilər avans ödəniş etməklə həm qurğunu əldə edəcək, həm də 6 aya qədər internetə çıxış imkanı qazanacaqlar. Müvafiq tarifli SIM kartı ruterə daxil etdikdən və enerji mənbəyinə qoşduqdan sonra qurğu avtomatik olaraq işə düşəcək. Azərbaycada kiçik və orta biznesin inkişafı üçün yüksək sürətli internetə çıxış imkanı verən “Nar Wi-Fi”-ın müştərinin növünə (pərakəndə və ya biznes) görə fərqli, sərfəli qiymətləri, sürət və internet həcminə görə isə müxtəlif paket variantları var. Qeyd edək ki, “Nar Wi-Fi” ilə internet ADSL ilə müqayisədə daha sürətlidir və abunəçilərə 60 GB-a qədər limitsiz internet paketləri təqdim edilir.
“Nar Wi-Fi” və cihazın satış məntəqələri haqqında daha ətraflı məlumatı nar.az saytından öyrənmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 6 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər

















.jpg)





