Beynəlxalq Bank güzəştli şərtlərlə kreditlər təklif edir
(®) Azərbaycan Beynəlxalq Bankı müştərilərin alternativ satış kanalları vasitəsilə kredit almaq imkanlarını daha da genişləndirib.
Üstəlik, nağd pul kreditini bu kanallar üzərindən sifariş edən müştərilər indi güzəştlər də qazanır.
Belə ki, kredit almaq üçün banka www.ibar.az internet səhifəsi, 937 nömrəli Məlumat Mərkəzi və IBAm MobilBank əlavəsi vasitəsilə müraciət edən müştərilərə illik faiz dərəcəsində 1% güzəşt edilir və kreditin rəsmiləşdirilməsinə görə heç bir komissiya haqqı tutulmur. Bu, əmək haqqı, yaxud pensiya kartının son 8 rəqəmini 8937 nömrəsinə göndərməklə bankdan nağd pul krediti sifariş verən müştərilərə də aiddir.
Azərbaycan Beynəlxalq Bankının alternativ satış kanalları ilə təklif etdiyi nağd pul kreditlərinin özəllikləri:
- Kreditin məbləği - 20.000 manatadək
- Kreditin müddəti - 60 ayadək
- İllik faiz dərəcəsi - 1% endirimlə, 23%-dən başlayaraq
- Kredit 5000 manata qədər olduqda - zaminsiz
- Kreditin rəsmiləşdirilməsi KOMİSSİYASIZ
Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini Azərbaycan Beynəlxalq Bankının bütün filiallarından almaq mümkündür. Bunun üçün krediti www.ibar.az internet səhifəsi, 937 nömrəli Məlumat Mərkəzi və IBAm MobilBank əlavəsi vasitəsilə sifariş vermək, yaxud sadəcə şəxsiyyət vəsiqəsi, əməkhaqqı və ya pensiya kartı ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 38 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 14 d. əvvəl
- 20 d. əvvəl
- 21 d. əvvəl
- 54 d. əvvəl
- 55 d. əvvəl
-
2 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
-
2 saat əvvəl
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
- 14 saat əvvəl
-
15 saat əvvəl
2-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib - FOTOLAR
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Qızıl və gümüş qiymətləri yenidən rekord qırdı
“XalqKart”da Yeni ilə özəl 6% keşbek
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI























