İdeya ilə necə işləmək lazımdır?
İdeya ilə necə işləmək lazımdır? Son zamanlar bu sualı çox eşidirdim... Bu suala özüm də hər gün cavab axtarırdım və hər gün yenisini kəşf edirdim... Sən demə ideya ilə işləməyin 10 qaydası var imiş!
Bu yaxınlarda məşhur kitab mağazalarından birində yeni kitab alırdım. Təsadüfən gözüm köhnə rus qəzetlərdən birinə sataşdı. Yuxarıdakı sualın cavabı orada gizlənmişdi. Sən demə, vaxtilə İqor Mann da mənimtək dilemma qarşısında olub. Artıq kifayət qədər təcrübə və nüfuz yığandan sonra cənab Mann ideya ilə işləməyin 10 qızıl qaydasını yazıb. Düşündüm ki, həmkarlarıma maraqlı olar və bu məqaləni qələmə almağı qərara qaldım.
ÖLDÜRMƏ
İdeyanı sözlə, susmaqla, habelə baxışınla öldürmə. Cənab Mann başqasının, xüsusilə həmkarlarının ideyasını nəzərdə tutur. Həmkarlarım razılaşar ki, bu, yerli bazarda (bəlkə xarici bazarda da belədir, sadəcə məlum səbəblərdən mənim belə bir tərcübəm yoxdur, lakin tərcübəli həmkarların qeydləri maraqlı olar) ən böyük problemlərdən biridir.
ÖLDÜRMƏYƏ İCAZƏ VERMƏ
Heç vaxt və heç kimə sənin ideyanı öldürməyə şərait yaratma. Təəssüf ki, bu da sahəmizin ən ciddi problemlərindən biridir. Çox az sayda insan ideyasını nəyin bahasına olursa olsun müdafiə etməyi bacarır. İdeyanın uğuruna inanırsansa, onun ərsəyə gəlməsi üçün əlindən gələni və gəlməyini et!
MÜRGÜLƏMƏ
Cənab Mann üçüncü qaydanı belə adlandırsa da, məncə "TƏNBƏLLİK ETMƏ" daha düzgün ifadə olardı. İdeya qəfildən gələ bilər, amma razılaşın ki, o, beyninizə gəldiyindən daha böyük sürətlə yoxa çıxa bilər. Məqamı tutmağı bacarmaq lazımdır.
GÖZÜAÇIQ OL
Bayaq qeyd etdiyim kimi, ideyalar çox sürətlə gəlir və gedir. Eyni zamanda, ideyalar hər tərəfdən gələ bilmək xüsusiyyətinə malikdir. Ayıq-sayıq olmaqda fayda var. Biznes hava məkanında müharibəyə bənzəyir - sağ qalmaq üçün gözlərini dörd açmaq məcburiyyətindəsən.
OĞURLA
Bəli, səhv oxumadınız - oğurla! Bu, normal haldır. Xüsusilə bizim bazar üçün. Burada üç məqama fikir vermək lazımdır:
ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET
1.Sənin də ideyanı oğurlaya bilərlər;
2.Həmkarlarının (söhbət kollektivdəki həmkarlardan gedir) ideyalarını oğurlama;
3.İdeyanın müəllif hüquqları qorunursa, oğurlamağa heç cəhd də etməyin!
QARIŞDIR
Söhbət, müasir el dili ilə desək, miks (mix) etməkdən gedir. Öz ideyalarınıza başqalarının ideyasını qatmaq bacarığınız olmalıdır. Formul sadədir: sizin ideyanız + başqasının ideyası = sizin yeni ideyanız!
BÖLÜŞ
Bernard Şou belə deyir: "Əgər sizdə və məndə bir alma varsa və biz bu almaları dəyişdiksə, hərəmizin bir alması qalıb. Lakin biz ideyalarımızı dəyişsək, hərəmizin iki ideyası olacaq". Təəssüf ki, biz bölüşməyi bacarmırıq...
DAYANMA
Dayanmadan yeni ideyalar ortaya çıxarmaq və onları reallaşdırmaq əsas şərtdir. Bunun əksi yaradıcılığın üçün ölüm fərmanına bərabərdir.
REALLAŞDIR
İdeyaların sayı və keyfiyyəti əsas deyil. Onları reallaşdırmaq mütləqdir! Onları beyninizdə saxlamayın...
FƏXR ET
İqor Mann deyir ki, əsl peşəkar həm də öz işi ilə fəxr etməyi bacarmalıdır. Yaxşı ideyaları yaxşı şəkildə reallaşdırmaq fəxr etmək üçün çox yaxşı əsasdır. Xahiş edirəm ki, bunu qeyri-təvazökarlıqla səhv salmayın.
© İlkin Əhmədov
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
1 saat əvvəl
Paşinyan yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarətin olacağına ümid edir
-
1 saat əvvəl
Azərbaycandakı neft emalı zavodlarının bioyanacaq emalı zavodlarına çevrilməsi imkanları araşdırılır
- 1 saat əvvəl
-
1 saat əvvəl
Əhalinin banklarda müddәtli әmanәtlәri 10 milyard manata yaxınlaşıb
-
1 saat əvvəl
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb
-
2 saat əvvəl
11 ayıda 9 milyard manata yaxın sosial ödəniş həyata keçirilib
-
2 saat əvvəl
Əhalinin və biznesin banklara cəmi borcu 30 milyard manata yaxınlaşıb
-
2 saat əvvəl
Ödəniş kartlarının sayı 22 milyon ədədə, nağdsız ödәnişlәrin hәcmi isə 8 milyard manata yaxınlaşıb
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yaponiyadan 1 milyondan çox xarici işçi qəbul planı
11 ayında bank sektorunda çalışanların sayı 1657 nәfәr artıb
11 ayıda 9 milyard manata yaxın sosial ödəniş həyata keçirilib
Ən çox oxunanlar
Ödəniş kartlarının sayı 22 milyon ədədə, nağdsız ödәnişlәrin hәcmi isə 8 milyard manata yaxınlaşıb
Dekabrın 26-da gözlənilən hava şəraiti
11 ayda bankların cəmi xalis mənfəəti 1 milyard manatı keçib
Göygöl Şərab Zavodu Xankəndidə firma mağazasını açdı - FOTOLAR
Bank sektorunda son vəziyyət - YENİ RƏQƏMLƏR AÇIQLANDI
"Cibimizdə yenilik" - 50 manatlıq əsginas dəyişdi: “2025” istehsal ili və yeni imza























