Azərbaycan və Qazaxıstan birgə müəssisə yarada bilər
Azərbaycan və Qazaxıstan neft-qaz sənayesində birgə müəssisənin yaradılması imkanlarını nəzərdən keçirir.
“Kazinform” agentliyi xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov Astana keçirilən Azərbaycan-Qazaxıstan ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyasının 15-ci iclasından əvvəl bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Qazaxıstan neft-qaz sənayesinin inkişafında böyük tarixə malikdir: “Bu gün Qazaxıstan neft və qaz hasilatı sahəsində iri layihələrə malikdir və biz qarşılıqlı şərtlərlə birgə müəssisə yaradıb səylərimizi birləşdirə bilərik”.
Energetika naziri digər sahələrdə də əməkdaşlıqla bağlı planları ilə bölüşüb. P.Şahbazov qeyd edib ki, İşçi Qrupu çərçivəsində kənd təsərrüfatı sahəsində yeni kompenentlərin tətbiqi planlaşdırılır: “Biz çox yaxşı işləmişik və ticarət dövriyyəmiz əsasən Azərbaycanın Qazaxıstandan taxıl idxal etməsi hesabına artıb. Azərbaycan hər zaman kənd təsərrüfatı ölkəsi olub. Bir çox məhsullarımız var və onları Qazaxıstana ixrac edə bilərik. Biz bu sahədə əməkdaşlığımızın davam etdirilməsi ilə bağlı razılığa gəlmişik. Növbəti mərhələdə bunun hesabına ticarət dövriyyəsini bir daha artırmaq istəyirik”.
Qazaxıstanın energetika naziri Kanat Bozumbayev isə bildirib ki, Azərbaycanda neft maşınqayırması inkişaf edib: “Qazaxstan ərazisində Azərbaycan kapitallı zavodların müzakirəsi dəstəklənir. Çünki, Azərbaycan bu sahədə təcrübə, bacarıqlar, texnologiyalar, gələcəkdə neft şirkətlərinə məhsulların tədarükünə imkan verəcək. İstənilən halda, bu məhsullar yataqların işlənilməsi üçün neft şirkətləri tərəfindən çox idxal edilir. Düşünürəm ki, belə məhsulların yığılmasından və sonradan neft-qaz maşınqayırması avadanlıqların istehsalından başlamaq olar”.
K.Bozumbayev vurğualyəıb ki, həmçinin Aktau şəhərində gələcəkdə Azərbaycana ixrac edilməsi və tranzit üçün sıxılmış qaz zavodunun inşası nəzərdən keçirilir: “Bu məsələ gündəmdədir, fəal müzakirə edilir və bununla bağlı protokol imzalanacaq”.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
9 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 13 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























