Şirkətlərin avtomobilləri vergiyə cəlb ediləcək - DAHA ÇOX VERGİ YIĞILACAQ
Gələn il hüquqi şəxslərin əmlak vergisi üzrə daxilolmalar 211 mln. manat nəzərdə tutulur ki, bu da 2018-ci ilin proqnozu ilə müqayisədə 29 mln. manat və ya 15,9% çoxdur.
"Marja" xəbər verir ki, məlumat 2019-cu ilin dövlət büdcə zərfində öz əksini tapıb.
Sənəddə qeyd olunub ki, həmin məbləğin 68,7%-i və ya 145 mln. manatı qeyri-neft sektorunun, 31,3%-i və ya 66 mln. manatı neft sektorunun payına düşür.
Cari ilin proqnozu ilə müqayisədə əmlak vergisi neft sektoru üzrə 12 mln. manat və ya 22,2%, qeyri-neft sektoru üzrə 17 mln. manat və ya 13,3% çox proqnozlaşdırılır.
“Artımın səbəbi əvvəlki illərdə həm qeyri-neft, həm də neft sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyalar nəticəsində əsas vəsaitlərin balansa alınması, həmçinin Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərə əsasən müəssisələrin balansında olan mexaniki nəqliyyat vasitələrinin əmlak vergisinə cəlb edilməsinin nəzərə alınmasıdır”, - deyə büdcə zərfində qeyd olunub.
Gələn il aksiz vergisi üzrə daxilolmalar artacaq
2019-cu ildə aksiz vergisi üzrə daxilolmalar 602 mln. manat nəzərdə tutulur.
Bu da 2018-ci ilin proqnozu ilə müqayisədə 48 mln. manat və ya 8,7% çoxdur. Həmin məbləğin 83,4%-i və ya 502 mln. manatı neft sektorunun, 16,6%-i və ya 100 mln. manatı qeyri-neft sektorunun payına düşür.
Qeyri-neft sektoru üzrə aksiz vergisi 2018-ci ilin proqnozu ilə müqayisədə 2,2 dəfə və ya 54 mln. manat çoxdur. “Artıma səbəb Vergi Məcəlləsində dəyişikliklər nəzərə alınmaqla aksizli malların istehsalında və idxalında nəzarət tədbirlərinin güclındirilməsinin proqnozlarda nəzərə alınmasıdır”, - sənəddə vurğulanıb.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 4 d. əvvəl
- 5 d. əvvəl
- 38 d. əvvəl
- 39 d. əvvəl
-
1 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
-
2 saat əvvəl
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
- 14 saat əvvəl
-
15 saat əvvəl
2-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib - FOTOLAR
- 15 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Qızıl və gümüş rekord yenilədi
Suriyada yeni pul vahidi dövrü başlayır
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Ən çox oxunanlar
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI
Unibankda yeni təyinat olub























