“Buta Studio” – Azərbaycanda beşulduzlu gözəllik salonu
Azərbaycanda tikinti sektoru daxil bir neçə sektorda geriləmə müşahidə olunsa da, xidmət sektoru inkişaf edir, yeni iş yerləri açılır. Buna, 2009-cu ildən fəaliyyət göstərən “Buta Studio”nun böyüməsi bir nümunədir.
Bakı şəhərinin mərkəzində deyil, kənarda -Yeni Günəşlidə fəaliyyət göstərməsinə baxmayaraq “Buta Studio” qadınların ən sevimli məkanlarından biridir. Hər zaman gözəl görünmək istəyən xanımların bu studionun xidmətlərinə tələbi böyükdür. Günü-gündən artan tələbi qarşılamaq üçün “Buta Studio”nun sahəsinin və fəaliyyətinin genişləndirilməsinə qərar verilib.
“Marja” xəbər verir ki, 14 Fevral 2017-ci il tarixində eyni ünvanda “Buta Studio” tam yeni konsepsiyası ilə, amma daha da böyük ərazidə təqdim edilib. Qeyd edək ki, studio iş adamları Anar İsgəndərov və İlahə Axundovaya məxsusdur.
İş adamı Anar İsgəndərov “Marja”ya bildirdi ki, Azərbaycanda inkişaf etmək, fəaliyyəti genişləndirmək üçün şərait var:
“Hazırda 2017-ci ildir. Çoxları böhrandan danışa bilər. Mən optimist yanaşıram, hesab edirəm ki, dövlətimizdə iş qurmaq üçün şərait var və biz də həmin şəraitdən bəhrələnərək fəaliyyətimizi genişləndiririk, əlavə iş yeriləri açırıq”.
“DAHA BÖYÜK MƏKAN VƏ 5 ULDUZLU GENİŞ XİDMƏTLƏR”
Anar İsgəndərov bildirdi ki, “Buta Studio” 2009-cu ildə iki işçi və 2 masa ilə kiçik bir salon kimi fəaliyyətə başlamışdır. Daha sonra studionun əməkdaşlarının sayı kifayət qədər artıb. İlin sonuna kimi, işçilərin sayının ikiqat artırılması planlaşdırılır:
“Əksər hallarda özəl məkanların şəhərin mərkəzində olmasına üstünlük verirlər. “Buta” şəhərin mərkəzində deyil, kənarda fəaliyyət göstərir. Kənar ərazidə iş yerlərinin açılması, müasir xidmətlərin göstərilməsinə ehtiyac var. Gözəlləşmək üçün Yeni Günəşlidən və bizə yaxın digər yaşayış yerlərindən şəhərin mərkəzinə getməyə ehtiyac yoxdur”.
İş adamı, “Kiçik salonu böyütdük. İndi böyük və daha dəbdəbəli olub” deyərək sözlərinə belə davam etdi:
“5 ulduz konsepsiyasında “Buta Studio” daha geniş xidmət, daha böyük məkan və eyni zamanda kafe və uşaqlar üçün əyləncə guşəsini təqdim edir. Özəl bir dizaynı, peşəkar heyəti və yüksək xidmətlərilə “Buta Studio”nun Bakıda gözəl bir məkan kimi qalacağına inanıram”
YENİ XİDMƏTLƏR GÖSTƏRİLƏCƏK
“Buta”nı digər sahibi İlahə Axundova xidmətlərə toxunaraq bildirdi ki, əsas salon xidmətlərindən əlavə bir sıra yeni xidmətlər də göstəriləcəkdir:
“Əsas salon xidmətləri - saç kəsimi, saç düzümü, makiyaj, manikur, pedikur, lazer, kosmetoloji xidmətlər və s. əvvəllər olduğu kimi qalır.
“Buta Studio”nun yaxın gələcəkdəki hədəfi yaşlı xanımlar üçün xüsusi texnologiyalarla vizaj edərək daha cavan görsənmələri xidmətini göstərməkdir. Bundan başqa, “Buta Studio”nun böyüməsilə əlaqədar olaraq mobil tətbiq də istifadəyə veriləcəkdir. Müştərilər mobil proqram vasitəsilə növbəyə yazıla biləcəklər, eyni zamanda proqram ilə müştərilərə yeni kampaniyalar barədə məlumat veriləcəkdir” və özəl bonus layihələrindən həmin tətbiq vasitəsi ilə yararlanacaqlar.
“Buta Studio”nun imkanlarına toxunun xanım sahibkar dedi:
Bunlardan başqa, etibarlı dezinfeksiya üçün daha müasir sterilizasiya aparatları almışıq. Alətlər birinci məhlullarda yuyulur, sonra 250 dərəcə istilikdə sterilizasiyadan keçirilir”.
XANIMLAR UŞAQLARINI ÖZƏLƏRİ İLƏ GÖTÜRƏ BİLƏRLƏR
Studionın içərisində uşaq əyləncə sahəsinin fəaliyyət göstərməsinin qadınlar üçün vacibliyinə toxunan İlahə Axundova bunları dedi:
“Fərqli tərəflərimizdən biri studionın içərisində uşaq əyləncə sahəsinin və kafenin fəaliyyət göstərməsidir. Artıq xanım evdən çıxdıqda uşağı kimin yanına qoymağı düşünməyəcəkdir. Burada ödənişsiz uşaq əyləncə sahəsi var, xanım, uşağını ora təhvil verib, xidmətlərimizdən arxayın istifadə edə bilər”.
“ƏMƏKDAŞLARIMIZ İLKİN TİBBİ YARDIM KURSUNDAN KEÇİBLƏR”
Studionun sahibi qeyd etdi ki, əməkdaşların ilkin tibbi bilikləri var:
“Buta Studio”nun əməkdaşları Mərkəzi Klinik Xəstəxananın ilkin tibbi yardım kursundan keçiblər. Onlar ambulans gələnə qədər xəstəyə süni tənəffüs vermək, ürək masajı, qanaxmanın qarşısının alınması kimi ilkin tibbi yardımları göstərə bilərlər. Ola bilər ki, müəyyən xəstəliklərdən əziyyət çəkən müştərimizin halı pisləşsin. Biz ambulans gələnə qədər ona ilkin tibbi yardım edəcəyik”.
“BAHALI YER DEYİL”
Eyni anda 20-yə yaxın insanın xidmət ala biləcəyi “Buta Studio” bahalı yer deyil.
“Yeni Günəşlidə xanım müştərilərimiz bilir ki, “Buta” daim yeniləşir, inkişaf edir, amma qiymətləri dəyişməz olaraq qalır. Devalvasiyalardan sonra qiymətləri qaldırmamışıq. Baxmayaraq bizim aldığımız bir çox məhsulların qiymətləri artıb. Biz öz marjamızdan kəsib, qiymətləri eyni səviyyədə saxlayırıq”.
“ŞƏBƏKƏYƏ ÇEVRİLMƏYİ NƏZƏRDƏ TUTURUQ”
İş adami Anar İsgəndərov sonda əlavə etdi ki, gələcəkdə “Buta Studio”nın şəbəkəyə çevrilməsi, əsasən regionlarda şöbələrinin yaradılması, ölkənin rayonlarında yeni iş yerlərinin açılması nəzərdə tutulur.
Qeyd edək ki, “Buta Studio”nun yeni görkəminin təqdimatında çoxsaylı qonaqlar iştirak edirdi. Onlar arasında tanınmış simalar da gözə dəyirdi. “Buta Studio”nun sahibləri Anar İsgəndərov və İlahə Axundova tədbiri açıq elan edərək, yenilikləri açıqlayıblar. Sonra tədbir studio ilə tanışlıq, furşet və əyləncəli hissə ilə davam edib.
Ünvan: Yeni Günəşli Q Massivi
Telefonlar: 012 511-05-30
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 12 saat sonra
-
1 saat əvvəl
Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub
-
2 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 52 investor əldə edib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
- 3 saat əvvəl
-
4 saat əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 6 saat əvvəl
-
8 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
“Mercedes-Benz” təxminən 150 milyon dollar cərimə ödəyəcək
Ən çox oxunanlar
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi



















