Azərbaycanın ilk orqanik şərabının təqdimatı olub
Dənizkənarı Milli Parkda yeni istifadəyə verilən "Milan Ekspo 2015” Azərbaycan pavilyonunda "Meysəri” şərablarının təqdimatı olub.
Milanda beynəlxalq sərgidə Azərbaycanın təbiəti və mədəniyyətinin müxtəlifliyini tanıdan pavilyon Bakıda qurulduqdan sonra burada ilk dəfə olaraq ölkəmizin yeni milli məhsulunun təqdimatının keçirilməsində də bir rəmzilik var idi.
Üzümçülük və şərabçılıq sahəsində vaxtilə qazandığı şöhrəti yenidən özünə qaytarmaq yolunda olan Azərbaycanda həm də bu sahədə yeni texnologiyalar tətbiq edilir. Belə ki, "Meysəri” Azərbaycanın ilk orqanik bioşərabı kimi yerli və dünya bazarına daxil olur.
"Meysəri” şərablarının istehsal olunduğu "Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksi avqustun 25-də açılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olan "Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksi bu sahənin keçmiş şöhrətini özünə qaytarmaq, şərabçılıq turizminin inkişafına töhfəsini verməklə yanaşı, xarici bazarlarda layiqli yer tutmağı qarşıya məqsəd qoyub.
Kompleks ərazisində müxtəlif üzüm sortlarından ibarət üzüm bağı salınıb. 2019-cu ildə ümumi sahəsi 200 hektar olacaq üzüm bağının 40 faiz hissəsini ağ, 60 faiz hissəsini isə qırmızı üzüm sortları təşkil edəcək. "Şirvan şərabları” MMC "Meysəri” markası ilə - "Sədəf”, "Mərcan” və "Məxməri” şərabları istehsal edir.
Şamaxının Meysəri kəndinin təbii iqlim şəraiti, illik yağıntıların miqdarı, temperatur göstəriciləri, ərazinin müxtəlif yerlərindən götürülən torpaq nümunələrinin Fransanın müvafiq laboratoriyalarında aparılan analizlərinin nəticələri burada yüksək keyfiyyətli və məhsuldar üzüm sortlarının yetişdirilməsi üçün imkanların olduğunu göstərir. Yerli şəraitə uyğun tinglərin seçilməsi, əkilməsi, aqrotexniki qulluğun göstərilməsi, üzümün toplanması və emalı mərhələlərində Fransanın üzümçülük sahəsində ixtisaslaşmış şirkətlərinin mütəxəssisləri ilə daim məsləhətləşmələr aparılır. Bütün bunlar bazarda asanlıqla rəqabət apara biləcək yüksək keyfiyyətli şərab məhsullarının istehsalını şərtləndirən amillərdəndir.
Qeyd edək ki, Şamaxıda vaxtilə üzümçülük böyük şöhrət qazanmışdı. Ötən əsrin 70-80-ci illərində Şamaxı Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrilmişdi. Hazırda bu gəlirli sahənin bərpası və yenidən inkişaf etdirilməsi diqqət mərkəzindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
-
- 16 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
21 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı
Bu bank pulunuza illik 12% gəlir təklif edir
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib







.jpg)




.jpg)







