Norveç Mərkəzi Bankının rəhbəri neftin qiyməti üzrə proqnozunu açıqlayıb
Norveç Mərkəzi Bankının rəhbəri neftin qiymətinin bir barrel üçün 100 dollar səviyyəsinə qayıdacağından ehtiyat edir.
Neftin qiymətinin bir barrel üçün 80 dollara qədər çatması Norveç iqtisadiyyatının xeyrinə olub. Bu, dövlət büdcəsində kəsiri azaltmağa və iqtisadi fəaliyyəti gücləndirməyə kömək edib. Üstəlik, bu ay neftin qiyməti son yeddi ildə ilk dəfə Norveç kronunun məzənnəsinin artmasına səbəb olub. Lakin ölkənin Mərkəzi Bankının rəhbəri Oysteyn Olsen xəbərdarlıq edir ki, neftin qiymətinin hədsiz artması neft sənayesində yenidən lüzumsuz eyforiyaya səbəb ola bilər.
Oysteyn Olsen “Blumberq” nəşrinə müsahibəsində deyib: “Neftin qiyməti hədsiz artarsa, biz bu sahədə xərclər barədə məlumatın çox cüzi olduğu vəziyyətə qayıda bilərik. Zaman keçdikcə volatilliyin azalması Norveçin neft sektorunun xeyrinə olacaq”.
2014-cü ildə neftin qiymətinin azalması nəticəsində Norveç çox ziyana düşmüşdü. Qısa müddətdə işsizlərin sayı artmış, dövlət xəzinəsinin gəlirləri azalmışdı. O vaxt kütləvi fiskal və monetar stimullar tətbiq olunması ölkə iqtisadiyyatını birbaşa resessiyadan xilas etdi, Mərkəzi Bank isə faiz dərəcələrini rekord minimuma endirdi. Bundan əlavə, həmin dövrdə krallığın hökuməti ilk dəfə olaraq Norveç Dövlət Pensiya Fondunun (Neft Fondu) aktivlərindəki 1 trilyon dollar vəsaitdən istifadə etdi.
İndi neftin qiymətinin yenidən artması ilə əlaqədar Norveç Dövlət Pensiya Fondunun mədaxili artır, işsizlik göstəricisi 4 faizdən aşağıdır, inflyasiya isə yenidən hökumətin nəzərdə tutduğu səviyyəyə yaxınlaşır. Lakin Mərkəzi Bank neft sektorunda xərclərin artdığı dövrə qayıtmaqda o qədər də maraqlı deyil. Bu, kronun məzənnəsini nəzarətdə saxlamaq strategiyasına mane olardı, çünki Norveç Mərkəzi Bankı pul-kredit siyasətinin sərtləşdirilməsi planını həyata keçirir.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© Azərtac
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 19 d. əvvəl
-
-
1 saat əvvəl
Böyük Britaniya şirkəti Azərbaycanda daha çox qızıl hasil etməyi proqnozlaşdırır
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Volt”, “Megastore” və “The Place”da istehlaka yararsız qida məhsulları aşkarlanıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Bank kartları dələduzların hədəfinə necə çevrilir?
18-23° isti olacaq - Fevralın 19-da gözlənilən hava şəraiti
"Ziraat Bankası"nın xalis mənfəəti 60% artıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
“Yapı Kredi Bank Azərbaycan” hüquq bürosu xidmətlərinin satın alınması məqsədilə tender elan edir
Azərbaycanın Rusiyadan idxalının dəyəri 2 dəfə azalıb
Daha 3 həkim-mütəxəssisə plastik cərrahiyyə üçün icazə verilib
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir






















