Rabitəbank-ın Qadın Sahibkarlara dəstəyi davam edir!
Sentyabr ayının 25-də Bakıda Rabitəbankın sponsorluğu ilə Azərbaycan-Türkiyə sahibkar qadınlarının sammiti keçirilmişdir.
Sammitdə qadın sahibkarlarının fəaliyyətinin əlaqələndirilməsin və əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə olunmuşdur. Rabitəbank öz fəaliyyətində qadın sahibkarlarının dəstəklənməsini prioritet istiqamətlərindən biri hesab etdiyindən bu tip tədbirlərin dəstəklənməsində maraqlıdır. Qadınların biznes həyatına atılması üçün Rabitəbank yaratdığı #gücxanımlarda güzəştli kredit məhsulu ilə həmin tədbirdə sahibkar xanımlara məhsulun üstünlükləri barədə geniş məlumat təqdim etmişdir.
Rabitəbankın İnsan Resursları departamentinin İşə qəbul və qiymətləndirmə şöbəsinin rəhbəri, Rabitəbankın “Güc xanımlarda” layihəsinin Səfiri Kəmalə Eynullayeva spiker qismində summitdə çıxışı zamanı bunları da söyləmişdir: “Son illərdə qadın sahibkarlarının saylarının xeyli artdığı müşahidə olunur. Sahibkarlığın və kiçik biznesin inkişafının yeni iş yerlərinin yaradılması, işsizliyin azaldılması və məşğulluğun artırılması sahəsində səmərəli vasitə olduğunu nəzərə alsaq, mövcud və potensial qadın sahibkarların inkişaf proseslərindən kənarda qalmaları bizim özümüzə edə biləcəyimiz ən böyük pisliklərdən biri olardı. Çünki qadın sahibkarlığının inkişafı çox vacib nüanslarla yanaşı həm də yoxsulluğun azaldılmasına, qadınların sosial nüfuzunun artmasına və bir çox hallarda, cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılmasına yardım edir”.
Tədbirdə iştirak edən Milli Məclisin deputatı Qənirə Paşayeva Azərbaycanda qadınların ölkənin ictimai-siyasi həyatında, o cümlədən sahibkarlıq sahəsində rolunun artdığını və regionda qadınların sahibkarlıq fəaliyyətlərinin artırılmasının, gənclər arasında sahibkarlığın inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır.
Azərbaycan-Türkiyə sahibkar qadınlarının sammitində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Aynurə Veysəlova, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva, Azərbaycan-Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı və digər çıxış edənlər qadınların məşğulluğunun artırılmasında sahibkarlığın rolunu qeyd edərək, qadın sahibkarlığının genişləndirilməsinin əhəmiyyətindən danışmışdırlar. Qeyd olundu ki, son illər ölkəmizdə bu istiqamətdə aparılan siyasət uğurlu nəticələr verir. Azərbaycanda sahibkar qadınlar iqtisadiyyatın bütün sahələrində çalışırlar və onların sayı getdikcə artmaqdadır.
Sahibkar xanımlar üçün nəzərdə tutulmuş #gücxanımlarda layihəsi haqda daha ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz:http://bit.ly/GücXanımlardaBiznesKredit
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
50 d. əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 57 d. əvvəl
- 59 d. əvvəl
-
1 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
1 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)

















.jpg)
