Fed-in kritik iclasından nə gözlənilir? - BU GÜN AÇIQLANACAQ
Bu gün ABŞ Mərkəzi Bankının (Fed) növbəti faiz iclası başa çatacaqdır. Son iclasdan bu yana ölkədə məşğulluq və inkişaf trendi güclü qalıb, maaşlar və inflyasiya da artıb.
"Marja" xəbər veri ki, Fed-in 25 bənd faiz artıracağı gözlənilir. Fed qərarını Bakı vaxtı ilə saat 22:00-da açıqlayacaqdır. Fed-in faizi 1.75% - 2% aralığından 2% - 2,25% aralığına qaldıracağı gözlənilir.
Fed-in bu gün faizi 25 bənd artıracağı ehtimalı artıq qiymətlərdə və məzənnələrdə əks olunub. Əsas məsələ Dekabr ayında faizin artırılıb-artırılmayacağıdır.
Buna görə, Dekabr ayında faiz artımı olub olmayacağına dair siqnallar və yeni iqtisadi proqnozlar təqib ediləcək.
Bununla yanaşı, bazarlar Fed-in;
-Davam edən ticarət müharibələrinin təsirlərinə toxunub-toxunmayacağını,
-İnkişaf edən bazarlarda son dövrdə artan risklərə diqqət çəkib-çəkməyəcəyini,
-2019-cu ildə faiz artımı sürətinin yavaşlayıb-yavaşlamayacağı məsələlərindəki açıqlamalarını izləyəcəkdir.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Faiz qərarının ardından Fed sədri Jerome Pauell mətbuat konfransında danışacaq.
EKSPERT FİKİRLƏRİ
ING İqtisadçılarına görə, "ABŞ-da güclü iqtisadiyyat və artan inflyasiya Fed-i çərşənbə günü faiz artırması üçün motivasiya edəcəkdir".
ING-nin qtisadçısı Ceyms Knightley bu iclasda Fed-dən 25 bənd, Dekabr topalantısında da 25 bənd faiz artımı gözlədiyini, 2019-cu ildə isə cəmi 2 faiz artımı olacağını proqnozlaşdırır.
Morqan Stenli (Morgan Stanley) iqtisadçıları, "bu toplantıda veriləcək mesaj - faizin mərhələli artırılmasının davam edəcəyi olacaqdır. Yuxarı və aşağı istiqamətli risklərə də diqqət yetiriləcəkdir" bildiriblər.
İqtisadçılar Fed-in faiz artırmasının 3% - 3.25% aralığınadək davam edəcəyini gözləyirlər. İqtisadçılara görə, Fed 2019-cu ilin İyun ayının sonuna qədər hər rüb faizi 25 bənd artıracaqdır.
İqtisadçılar Fed rəsmilərinin 2020-ci ildə iqtisadiyyatda bir yavaşlama təxmin edəcəklərini gözləməyə davam edirlər. İqtisadçılar, Fed-in 2018-ci il üçün iqtisadi artım proqnozunun 2.9% olduğunu və 2020-ci il üçün isə 2%-ə düşməsini gözləyirlər. Növbəti durğunluğa ticarət müharibəsinin səbəb olacağı ehtimal edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)






.jpg)







