ABŞ-da ehtiyatların artması ilə neftin bahalaşması dayanıb
Neft qiymətləri, ABŞ-da özəl sektorun açıqladığı məlumatların xam neft ehtiyatlarının artdığını və onsuz neftbazalarda da yüksək olan ehtiyatların daha da artırdığını göstərməsinin ardından yüksəlməkdə çətinlik çəkir.
"Marja" xəbər verir ki, Amerikan Neft İnstitutunun açıqladığı məlumatlara görə, neft ehtiyatları keçən həftə 9.94 milyon barel artıb. Çərşənbə günü açıqlanacaq rəsmi ehtiyat məlumatlarının altıncı həftədə də artacağı gözlənilir. Konsaltinq şirkəti IHS Markit Ltd.nin sədr müavini Daniel Yergin, neft qiymətlərinin bu il 50 dollar ilə 60 dollar arasında dalğalanacağını qeyd edib.
Neft qiymətləri, Neft İxrac edən Ölkələr Birliyi (OPEC) və digər 11 istehsalçı ölkənin 1 yanvardan etibarən istehsalı azaltmağa başlaması ilə əlaqədar olaraq 50 dolların üzərində qalır.OPEC-in Bazar ertəsi günü açıqlanan hesabatına görə, Səudiyyə Ərəbistanı son səkkiz ildə istehsalını ən böyük həcmdə azaldıb. Goldman Sachs Group Inc., bazarda bu ilin ilk yarısında defisit yaranacağını bildirib.
Analitiklər bildirirlər ki, neft bazarında güc mübarizəsi var. Əgər OPEC və digər istehsalçıların hasilat kəsintiləri olmasaydı, qiymətlər əhəmiyyətli ölçüdə düşə bilərdi. ABŞ-da artan ehtiyatlar və artan quyular qiymətlərin yenidən 56 dollara çıxmasının qarşısını alır.
Teksas nefti (WTI) Nymex birjasında 23 sent ucuzlaşaraq bareli 52.97 dollara qədər Brent nefti Londonda ICE Futures Europe birjasında 20 sent ya da 0.4 düşərək bareli 55.77 dollara geriləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
8 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 13 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























