“15% gömrük rüsumu olan yerdə istehsal qurmaq rəqabətli deyil”
“Yüksək idxal rüsüm və vergilərinə görə Azərbaycanda istehsal qurmaq rəqabətli deyil”.
Bunu “Marja”ya Türkiyədə istehsal, Azərbaycanda isə ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlardan biri deyib.
Onun sözlərinə görə, 15% gömrük idxal rüsumu ilə Azərbaycanda istehsal edib ixrac etmək sərfəli deyil:
“Biz Türkiyədə istehsal ilə məşğuluq. Türkiyə dövləti istehsal məqsədilə idxal etdiyimiz xammallara görə bizdən idxal rüsumu almır. Xərclər aşağı olduğundan həm xarici istehsalçılar ilə rəqabət apara, həm də ixrac edə bilirik. Azərbaycanda isə 15% idxal rüsumu mövcuddur. Belə yüksək rüsumun olduğu şəraitdə qurulan istehsal rəqabətli olmur”.
İş adamı qeyd etdi ki, Türkiyədəki istehsallarını Azərbaycana köçürməyə hazırdır: Bir şərtlə ki, yüksək gömrük rüsumu, heç olmasa 2-3%-ə endirilsin və ixracatçılar ödədikləri 18% ƏDV-ni geri ala bilsinlər.
“Biz Türkiyədə istehsal etdiyimiz malları Gürcüstana və digər ölkələrə ixrac edirik. Türkiyə dövləti bizdən bir istehsalçı olaraq yüksək vergilər almadığına görə, Gürcüstan bazarında , xüsusilə çinli istehsalçılar ilə rəqabət apara bilirk. Əgər həmin istehsalımız Azərbaycanda olsaydı, yüksək vergilərə görə xarici bazarlarda qiymət rəqabətində uduzardıq. Biz dolayısı yolla Çində də istehsal ilə məşğuluq. Məhsullarımızı Çindən Azərbaycana, Gürcüstana və digər ölkələrə göndəririk. Əgər gömrük rüsumları aşağı olsa, istehsalı Azərbaycana köçürərəm”.
Sahibkar qeyd etdi ki, Ələtdə yaradılacaq Azad Ticarət Zonasına ümidləri böyükdür. Belə zonada rüsumsuz şəraitdə istehsal quraraq, ixrac etmək sərfəli olur.
Qeyd edək ki, Azərbaycanda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında yalnız texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı — investisiya təşviqi sənədinin alındığı tarixdən 7 il müddətinə gömrük rüsumundan və əlavə dəyər vergisindən ƏDV azaddır. İnvestisiya təşviqi sənədi almaq üçün ən azı təsdiq olunmuş minimal məbləğdə investisiya yatırmaq tələb olunur.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
6 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
7 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
7 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
7 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib

























