“Veysəloğlu” 700 bal toplayan abituriyentləri təbrik edib
(®) Bu gün “Veysəloğlu” Şirkətlər Qrupunda artıq ənənəvi hal almış ali təhsil müəssisələrinə qəbul imtahanı zamanı ən yüksək nəticə göstərərək 700 bal toplayan abituriyentlərlə növbəti görüş keçirilib.
Şirkətlər qrupunun təlim-tədris mərkəzində baş tutan görüşdə şirkət rəhbərliyi, 700 bal toplayan 20-dən çox tələbə və onların valideynləri iştirak ediblər.
Tədbirdə iştirakçılara “Veysəloğlu” Şirkətlər Qrupunun fəaliyyəti barədə qısa məlumat verilib və videoçarx nümayiş etdirilib. Daha sonra “Veysəloğlu” Şirkətlər Qrupunun rəsmiləri çıxış edərək, yüksək bal toplayan abituriyentləri təbrik edib və onlara yeni qəbul olduqları ali təhsil müəssisələrində daha böyük müvəffəqiyyətlər qazanmağı arzulayıblar.
Tədbirdə şirkətin korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində həyata keçirilən layihələr arasında təhsilə dəstək və tədrisin hər zaman öncül yer tutduğu vurğulanıb. Görüşdə həmçinin bildirilib ki, şirkət savadlı və özünü inkişaf etdirmək istəyən gənclərə karyera inkişafında daim dəstək verməyə hazırdır.
Tədbirin sonunda 700 bal toplayan abituriyentlərə “Veysəloğlu” Şirkətlər Qrupu tərəfindən hədiyyələr təqdim olunub.
Qeyd edək ki, 2018-2019-cu tədris ilində ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 29 nəfər 700 bal toplamağı bacarıb.
Xatırladaq ki, “Veysəloğlu” Şirkətlər Qrupu daim təhsillə bağlı müxtəlif layihələr həyata keçirir və təhsilə dəstək şirkətin KSM strategiyasının ən vacib istiqamətlərindən biridir. Gənclərdə oxumaq həvəsi oyatmaq, layiqli təhsil almaları üçün motivasiya yaratmaq, onların ölkəmizə layiqli vətəndaş kimi formalaşmasına dəstək olmaq şirkətin ən prioritet məqsədlərindən biridir.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 13 d. əvvəl
-
-
14 d. əvvəl
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixracı kəskin azalıb
- 47 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
1 saat əvvəl
Mərkəzi Bankın aktivləri azalıb, mənfəəti isə 724 milyon manatı keçib
-
1 saat əvvəl
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
- 1 saat əvvəl
- 9 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub


















.jpg)






