DəmirBankdan "müştəri hesabına müdaxilə" açıqlaması
DəmirBankın heç bir müştərisinin hesabına müdaxilə olmayıb
Bugünlərdə ölkə mətbuatında DəmirBank haqda həqiqətə uyğun olmayan xəbərlər çıxmışdır. "DəmirBank" ASC olaraq həmin xəbərlərə aydınlıq gətirməyi lazım bilib.
Bankdan “Marja”ya daxil olmuş açıqlamada deyilir:
“Əvvəla, bildirmək istəyirik ki, DəmirBankın heç bir müştərisinin hesabına müdaxilə olmamışdır. Bu haqda iddialar tamamilə əsassızdır.
06 fevral 2017-ci il tarixində Bankdan kənarda yerləşən sistemlərə qanunsuz müdaxilə olunaraq Bank vəsaitlərinin mənimsənilməsinə cəhd göstərilmişdir. Beynəlxalq ödəniş sistemlərinin saxtakarlığa qarşı avtomatlaşmış müdafiə sistemləri hesabına qanunsuz əməliyyatların böyük hissəsinin qarşısı alınmışdır.
Baş vermiş faktlar üzrə hadisəni törətmiş şəxslərin aşkarlanması və müvafiq tədbirlərin görülməsi üçün Bank tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunmuşdur.
Qeyd edək ki, bu yaxınlarda yeni biznes modelə keçid etdiyini açıqlayan DəmirBank kapitalının əhəmiyyətli dərəcədə artırılması ilə bağlı qərar vermişdir. Hazırda kapitalın artırılması prosesi gedir”.
Ölkənin ilk kommersiya banklarından olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına nüfuzlu beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.
Müştərilərin xəbərləri
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 5 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
9 d. əvvəl
179 min "Tesla Model 3" nəzarət altındadır, qüsur araşdırması başlayıb
- 12 d. əvvəl
- 22 d. əvvəl
-
1 saat əvvəl
“Tam qadağa yox, tənzimləmə xahiş edirik" - Sahibkarlar hökumətə və Milli Məclisə müraciət edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Hyundai 51 mindən çox avtomobili geri çağırır
Əhali etiraz etdi, "Dino Park" qiymətləri aşağı saldı
Zelenski Ukrayna üçün sülh planının bütün 20 bəndini açıqlayıb
Dekabrın 25-də gözlənilən hava şəraiti
Ermənistana Rusiya taxılı daşıyan növbəti qatar Böyük Kəsiyə çatıb






















