Azərbaycan Beynəlxalq Bankında yeni təyinatlar
Azərbaycan Beynəlxalq Bankında yeni təyinatlar olub.
Bankdan "Marja"ya daxil olmuş məlumata görə, Şölə Əkbərova Bankın İnsan resursları departamentinindirektoru vəzifəsinə təyin edilib.
Bakı Dövlət Universitetinin Hüquq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsinin məzunu olan Şölə Əkbərova 2007-ci ildən dövlət qulluğunda insan resursları sahəsində çalışıb. Səmərəli fəaliyyətinə görə 2013-cü ildə “Dövlət qulluğunda fərqlənmə medalı” ilə təltif edilib. Son təyinata qədər isə “Modern Group” Holdinqin İnsan resurslarının idarə edilməsi departamentinin direktoru olub. Bu sahədə bir çox beynəlxalq təlimlərin iştirakçısıdır. Azərbaycan Beynəlxalq Bankına insan resursları sahəsində yüksək bilik və təcrübəyə malik peşəkar mütəxəssisin cəlb edilməsində məqsəd Bank əməkdaşlarının motivasiyası, fərdi inkişafı, komandanın effektiv fəaliyyəti üçün müasir metodların tətbiqidir.
Murad Qurbanov isə Bankın Təhlükəsizlik departamentinin direktor müavini – Bankın İnformasiya təhlükəsizliyi inzibatçısı vəzifəsinə təyin edilib.
Niderland Krallığının Eyndhoven Texnologiya Universitetindən magistr dərəcəsi ilə məzun olan 1988-ci il təvəllüdlü Murad Qurbanov Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Son təyinata qədər “Rabitəbank” ASC-nin İnformasiya texnologiyaları departamentinin direktoru olub. İnformasiya təhlükəsizliyi sahəsində peşəkar bacarıqlara malik Murad Qurbanov yeni vəzifəsində Azərbaycan Beynəlxalq Bankında bank əməliyyatlarının təhlükəsizliyinin daha da gücləndirilməsi, bu sahənin inkişaf etdirilməsi missiyasını yerinə yetirəcək.
Qeyd edək ki, hazırda Azərbaycan Beynəlxalq Bankında maliyyə-təşkilati sağlamlaşdırma tədbirləri intensiv şəkildə davam etdirilir. Xalid Əhədovun rəhbərlik etdiyi Bankın yeni üzvlərlə gücləndirilmiş peşəkar idarəetmə komandasının qarşıya qoyduğu əsas hədəflər sağlamlaşdırma və restrukturizasiya prosesini qısa zamanda uğurla reallaşdırmaq, eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli müvafiq Fərmanında Bankın fəaliyyəti ilə bağlı irəli sürülmüş digər vəzifələri yerinə yetirməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
2 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)











.jpg)






