“Nar” müştəri loyallığı indeksinə görə liderdir
(®) Müstəqil araşdırma şirkətləri tərəfindən keçirilmiş araşdırmaların/sorğuların nəticələrinə əsasən, “Nar” mobil operatorunun müxtəlif parametrlər üzrə müştəri loyallığı indeksində əhəmiyyətli dərəcədə artım qeydə alınıb. Həyata keçirilmiş NPS (Net Promoter Score) göstəricisi və “Brand Tracking” araşdırmalarına görə, “Nar” mobil internet istifadəçilərinin sayındakı artım tempi üzrə mobil rabitə bazarında yüksək nəticəyə nail olub.
Beynəlxalq şirkət tərəfindən aparılmış araşdırmanın nəticələrinə əsasən, “Nar”-ın müştəri loyallığı indeksində il ərzində 5,3% artım müşahidə edilib. Sorğuya əsasən, mobil şəbəkənin keyfiyyəti, müştərilərin şəbəkəni öz dost və ailə üzvləri arasında istifadə etməsi, eləcə də sərfəli tarif və qiymətlər sözügedən göstəricidəki artımın əsas səbəbləridir. Bundan başqa, “Nar” səsin keyfiyyəti, müştəri xidmətləri, genişləndirilmiş telekommunikasiya xidmətləri, zəng xidməti üzrə müştəri məmnuniyyəti göstəriciləri və əlverişlilik üzrə yüksək nəticə göstərib.
Digər müstəqil şirkət tərəfindən həyata keçirilmiş “Brand Tracking” araşdırmasına əsasən, “Nar” abunəçilərinin 66%-i mobil operatorun qiymətlərinin daha sərfəli olduğunu düşünür ki, bu da müştəri qrupları (digər operatorların abunəçiləri ilə müqayisədə) arasında ən yüksək nəticədir. Abunəçilərin 84%-i isə “Nar” şəbəkəsinin gələcəkdə istifadə edilə biləcək yeganə şəbəkə olduğu qənaətindədir. Bu rəqəm də mövcüd operatorların abunəçilərindən ibarət respondent qrupları arasında ən yüksək göstəricidir. Əlavə olaraq, “Nar” brend potensialı indeksi (BPI) il ərzində 4%, loyallıq indeksi isə 7% artıb.
Operator mobil internet istifadəçilərinin sayında nəzərəçarpacaq artıma bütün ölkə ərazisi boyunca genişləndirilmiş 3G, 4G və LTE-A şəbəkəsi ilə yanaşı, abunəçilərə sərfəli qiymətə yüksəkkeyfiyyətli mobil internet paketlərini təqdim etməklə müvəffəq olub.
Qeyd edək ki, 2017-ci ilin 2-ci rübündə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testləri nəticəsində də “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olmuşdu. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirmiş və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanmışdı.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 20 saat əvvəl
- 20 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)







.jpg)








