Erkəklərinin çəkisi 100 kiloqramı ötür
Azərbaycanda onlarla qoyun cinsi yetişib. Xarici görünüşü, yununun keyfiyyəti, ət və süd məhsuldarlığı kimi əlamətlərlə bir-birindən fərqlənən bu cinslərin əksəriyyəti tarixən yaranmış və inkişaf etmiş cinslərdir. Azərbaycanda geniş yayılan qoyun cinslərindən biri də “Qaradolaq” qoyunudur. Azərbaycanın endemik qoyunları arasında seçilən “Qaradolaq” qoyun cinsi əsasən, Qarabağ bölgəsində geniş yayılıb.
Ağcabədi rayon Kənd Təsərrüfatı İdarəsinin heyvandarlıq sektorunun müdiri Etibar Məmmədov “Qaradolaq” qoyun cinsinin xüsusiyyətləri barədə geniş məlumat verib. Bildirib ki, “Qaradolaq” qoyun cinsi Ağcabədi rayonunun Qaradolaq kəndində yaranıb. Qarabağ qoyun cinsindən törəmiş bu cins Qarabağ qoyunlarına xas olan əsas xüsusiyyətlərini saxlayaraq ondan hündürlüyünə və çəkisinin ağırlığına görə fərqlənir. Ətlik-südlük “Qaradolaq” qoyunları böyüklüyünə, yaxşı xarici görkəminə, ətinin yüksək keyfiyyətinə görə diqqəti cəlb edir. Bu qoyunların başı kiçik, ayaqları və boynu uzundur. Boğazı, qarnı və ayaqları qısa tüklərlə örtülü olur. Rəngi bozumtul-ağ olan “Qaradolaq” qoyunlarının qulaqları çox qısadır. Qoçları buynuzsuzdur. Ana qoyunların çəkisi orta hesabla 75-80 kiloqram, erkəklərinin çəkisi isə 90-100 kiloqrama qədər olur. Yaxşı qulluq edildikdə erkək qoyunların çəkisi 120 kiloqramı ötür. Bunun da 30 kiloqrama qədəri quyruq yağından ibarətdir.
Etibar Məmmədov qeyd edib ki, “Qaradolaq” qoyunlarının əsas xüsusiyyətlərindən biri də çox bala verməsi, əkiz doğmaya tez-tez təsadüf olunmasıdır. Hər 100 baş doğar qoyundan orta hesabla 115-120 baş quzu alınır. Yaxşı bəslənildikdə 100 qoyundan 150 bala da almaq olur. Bütün bu xüsusiyyətlərinə görə fermerlərin diqqətini cəlb edən “Qaradolaq” qoyunları respublikamızda getdikcə daha geniş yayılmaqdadır.
“Qaradolaq” cins qoyunlarının saxlanıldığı təsərrüfatda çalışan Cəlal Rüstəmov da bu qoyunlara tələbatın böyük olduğunu deyir: “Bu qoyunlar ət və bala veriminə görə digər cinslərdən daha üstündür. Təsərrüfatımızda 150 kiloqrama qədər ət verimi olan qoçlar var. Ana qoyunlar içərisində əkiz və üçəm doğanlar çoxdur. Yaxşı bəslədikdə hər 100 qoyundan 140-150 bala arılıq. Odur ki, digər bölgələrin qoyunçuluqla məşğul olan fermerləri bu qoyunları damazlıq kimi alıb aparırlar”.
ONLAYN MÜRACİƏTLƏ 1 İŞ GÜNÜNƏ MANAT KREDİTLƏRİ
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 10 saat əvvəl
-
10 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
18 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)





.jpg)






