Azərbaycan ötən il 116 ölkəyə məhsul ixrac edib
2016-cı ildə Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 186 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 116 ölkəyə məhsul ixrac olunub, 177 ölkədən idxal olunub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılıb, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilib dəyəri nəzərə alınmaqla 2016-cı ildə xarici ticarət dövriyyəsi 21650,8 mln. ABŞ dolları, o cümlədən ixracın dəyəri 13118,4 mln. dollar, idxalın dəyəri 8532,4 mln. dollar təşkil edib, nəticədə 4586,0 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb.
Ticarət dövriyyəsinin 36,2%-i Avropa İttifaqı ölkələri, 13,0%-i MDB üzvü dövlətləri, 50,8%-i isə dünyanın digər ölkələrinin payına düşüb.
İxracın dəyərinin 17,1%-i İtaliyaya, 12,4%-i Türkiyəyə, 8,7%-i Tayvana (Çinin əyaləti), 7,3%-i İsrailə, 6,7%-i Almaniyaya, 5,4%-i Fransaya, 4,8%-i Hindistana, 4,5%-i Rusiyaya, 3,8%-i Gürcüstana, 3,0%-i Çinə, qalan 26,3%-i isə digər ölkələrə göndərilmiş məhsullar əsasında formalaşıb.
İdxal olunmuş məhsulların dəyərinin 19,2%-i Rusiyanın, 13,8%-i Türkiyənin, 8,2%-i Çinin, 5,8%-i Birləşmiş Krallığın, 5,5%-i ABŞ-ın, 4,7%-i Almaniyanın, 3,9%-i İtaliyanın, 3,4%-i Ukraynanın, 3,3%-i Yaponiyanın, 3,2%-i Norveçin, 29,0%-i isə digər ölkələrin payına düşüb.
2016-cı ildə 1237,1 mln. dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2015-ci ilə nisbətən real ifadədə 16,4% azdır.
2016-cı ildə 2015-ci illə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 23,9%, təzə tərəvəz – 49,5%, kartof – 4,1%, qara metallardan borular – 5,3 dəfə, pambıq ipliyi – 11,0% artıb, şəkər ixracı isə 50,9%, bitki yağları – 56,3%, çay – 73,5%, marqarin, qida üçün yararlı digər qarışıqlar – 89,1%, polietilen – 3,7%, emal olunmamış alüminium – 22,7% azalıb.
2015-ci illə müqayisədə 2016-cı ildə buğda idxalı 18,2%, xam şəkər və şəkər – 25,3%, bitki yağları – 20,1%, təzə meyvə – 24,7%, kərə yağı, digər süd yağları və pastaları – 4,1%, çay – 69,0%, kartof – 46,7%, quş əti və onun əlavə məhsulları – 3,3 dəfə, təzə tərəvəz – 80,1%, mal əti – 3,9%, polad prokatı – 4,0%, mebel – 20,1%, mineral gübrələr – 9,7%, hesablama maşınları, blok və qurğuları – 3,3 dəfə, rezin şinlər – 38,9%, məişət kondisionerləri – 5,0 dəfə artıb, minik avtomobillərinin idxalı isə 79,0%, qara metallardan borular – 53,9%, qara metallardan çubuqlar – 63,1%, polietilen – 26,5%, qara metallardan künclüklər – 39,2%, sement və sement klinkerləri – 21,5% azalıb.
©APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 26 d. əvvəl
-
36 d. əvvəl
Bu ilin 1-ci rübündə 925 mln. kVt·st “yaşıl enerji “istehsal edilib
-
- 41 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp bildirib ki, İranda müharibə “çox yaxşı gedir” və “yaxın zamanda başa çata bilər”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan neftinin son qiyməti
İsrail və Livan arasında 10 günlük atəşkəs qüvvəyə minib
Trampın İranda müharibənin “yaxın zamanda başa çatacağını” deməsindən və İsrail–Livan atəşkəsindən sonra neft ucuzlaşır
Rəsmi məzənnələr açıqlandı
Netflix səhmləri 9% ucuzlaşıb
Ən çox oxunanlar
İlk rübdə Netflix-in gəliri 16,2%, xalis mənfəəti 83% artıb
Tramp: İran nüvə silahına sahib olmayacağını qəbul edib
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Zəngilanda Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib, protokol və yol xəritəsi imzalanıb







.jpg)









.jpg)









