Hollandiyalı Kənd Təsərrüfatı Nazirliyində məsləhətçi təyin edilib
Hollandiyalı mütəxəssis Aqrar Tədqiqatlar Mərkəzinin strateji fəaliyyət istiqamətlərinin müəyyənləşməsində iştirak edəcək
Dünyada kənd təsərrüfatı sahəsində araşdırma və tədqiqatlarına görə böyük nüfuza və təcrübəyə malik olan, Azərbaycanda kənd təsərrüfatının strateji inkişafı üzrə ilkin layihə həyata keçirmiş Wageningen İqtisadi Tədqiqatlar Universitetinin (Niderland) əməkdaşı George Beers Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinə beynəlxalq məsləhətçi təyin olunub.
Bu gün adı çəkilən şəxs Mərkəzin kollektivinə təqdim edilib.
George Beersin məsləhətçi təyin olunmasında məqsəd Mərkəzin təşkilati strukturunun, strateji fəaliyyət istiqamətlərinin, prinsiplərinin və əhatə dairəsinin, habelə tətbiq ediləcək texnoloji innovasiyaların müasir tələblərə və inkişaf etmiş ölkələrin qabaqcıl təcrübələrinə uyğun müəyyənləşdirilməsini, məlumatların toplanması və təhlili üçün metodologiyanın hazırlanmasını sürətləndirməkdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci ilin 22 may tarixli Fərmanına əsasən, Aqrar Tədqiqatlar Mərkəzi aqrar sahədə təhlil, qiymətləndirmə və proqnozlaşdırmanın aparılması, aqrar-sənaye kompleksi üzrə müxtəlif xidmətlərin, o cümlədən dövlət sifarişlərinin yerinə yetirilməsi, kənd təsərrüfatının inkişafı ilə bağlı məlumat bazasının yaradılması, proqram və layihələrin hazırlanması, sahənin strateji planlaşdırılmasının və innovativ inkişafının təmin edilməsi üzrə fəaliyyətləri həyata keçirəcək. Bu işlərə dəstək verilməsi məqsədilə Mərkəzə beynəlxalq məsləhətçinin dəvət olunması məqsədəuyğun hesab edilmiş və Kənd Təsərrüfatı Nazirliyi nümayəndə heyətinin Niderland Krallığına son səfəri zamanı müvafiq araşdırma aparılıb. Nazirin innovasiyalar üzrə müşaviri Şəbnəm Məmmədova, eksperimental pilot layihələr üzrə məsləhətçisi Martis van Splanter, Aqrar Elm və İnformasiya Mərkəzinin baş direktoru Vüqar Babayev, Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Namiq Şalbuzov Niderland Krallığına səfər çərçivəsində Wageningen Universitetində müxtəlif görüşlər keçirib, bu istiqamət üzrə qabaqcıl metodlar ilə tanış olublar. Aparılan danışıqlar nəticəsində George Beersin Aqrar Tədqiqatlar Mərkəzinə beynəlxalq məsləhətçi qismində dəvət olunması uyğun görülüb.
Qeyd edək ki, George Beers Niderland Kənd Təsərrüfatı Nazirliyində “Yaşıl Elm Korporasiyası”nın təşəbbüskarı və rəhbəri olub. Türkiyə, Səudiyyə Ərəbistanı və Misirdə həyata keçirilən kənd təsərrüfatı layihələrinə rəhbərlik edib, Avropa Birliyinin kənd təsərrüfatı siyasətini müəyyənləşdirən proqramların hazırlanmasında aktiv iştirak edib. Wageningen Universitetinin bitki mühafizə mühəndisliyi fakültəsini bitirib, Rotterdam Menecment Məktəbində idarəetmə ixtisası üzrə PhD dərəcəsi alıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 d. əvvəl
“Rabitəbank” beynəlxalq ödəniş sisteminin “Principal member” statusunu əldə edib
-
-
5 d. əvvəl
“Rabitəbank”dan daha bir yenilik - elektrikli avtomobillərin şarj ödənişlərinə 10% keşbek
-
11 d. əvvəl
“Azeronline” “mygov ID” platformasına inteqrasiya olunan ilk provayder oldu
-
56 d. əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
- 1 saat əvvəl
-
1 saat əvvəl
Türkmənistan Xəzərin dibi ilə enerji kabeli layihəsində iştirak imkanını araşdırır
-
1 saat əvvəl
Azərbaycan üzrə şirkətlərin sayı 7%-ə yaxın, Naxçıvan üzrə isə 15%-ə yaxın artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Ən çox oxunanlar
Mingəçevir Sənaye Parkında istehsal və ixracın həcmi artıb
“İrşad BOKT”ın kredit portfeli 22 dəfəyə yaxın artıb
Baku Electronics-də yaz fürsətləri davam edir!
Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi!
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər






.jpg)










.jpg)








