Neft Fondunun 2017-ci il büdcəsinin icrası təsdiq edildi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin icrası haqqında" Sərəncam imzalayıb.
"Marja" xəbər verir ki, Sərəncam ilə, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin icrası, gəlirlər 12 137 503,3 min manat, xərclər 11 015 537,9 min manat və ya Fondun 2017-ci il büdcəsində nəzərdə tutulana nisbətən gəlirlər üzrə 112,2%, xərclər üzrə 72,3% səviyyəsində olmaqla, aşağıdakı kimi təsdiq edilib.
Sıra №-si | Göstəricilər | min manatla |
Gəlirlər, cəmi | 12 137 503,3 | |
| o cümlədən: |
|
1. | Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərtilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla) | 11 029 988,9 |
2. | Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilərin müqavilə sahəsindən istifadə üçün ödədikləri akrhesabı ödənişlər | 3 605,5 |
3. | Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər | 17 914,9 |
4. | Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə və ya səlahiyyətli dövlət orqanına sərmayəçilərin ödədikləri bonuslar (mükafatlar) | 2 407,6 |
5. | Dövlət Neft Fondunun valyuta aktivlərinin idarə edilməsindən əldə edilən gəlirlər | 1 083 586,4 |
|
|
|
Xərclər, cəmi | 11 015 537,9 | |
| o cümlədən: |
|
1. | Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi | 104 999,9 |
2. | Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinə transfert | 6 100 000,0 |
3. | Samur–Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi | 69 997,2 |
4. | Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi | 20 557,4 |
5. | 2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsilinə dair Dövlət Proqramının maliyyələşdirilməsi | 17 009,7 |
6. | Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankına transfert | 3 949 484,8 |
7. | Türkiyə Respublikasında “Star” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi | 735 422,2 |
8. | Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər | 18 066,7 |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 9 saat sonra
-
-
3 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
12 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 12 saat əvvəl
-
12 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
14 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"














.jpg)







