“Amrahbank” maliyyə göstəricilərini açıqladı
“Amrahbank” ASC 2018-ci ilin birinci yarısı üzrə maliyyə hesabatlarını açıqlayıb.
“Marja” Banka istinadən xəbər ki, 2017-ci ilin yanvar-iyun dövrü ilə müqayisədə Bankın haqq və komissiya gəlirləri artıb. Ötən ilin birinci yarısında 1 milyon 266 min manat olmuş müvafiq gəlirlər, bu ilin birinci yarısında 1 milyon 792 min manata yüksəlib.
Cari ilin yanvar-iyun dövründə “Amrahbank”ın cəmi faiz gəlirləri 3 milyon 773 min manat, faiz xərcləri isə 5 milyon 614 min manat təşkil edib. Həmçinin kreditlər üzrə ehtimal olunan zərərlər üçün ehtiyyatlara 2 milyon 389 min manat ayrılıb. Nəticədə Bankın 4 milyon 230 min manat xalis faiz zərəri yaranıb.
"AmrahBank"ın xalis qeyri-faiz gəlirləri 2 milyon 897 min manat təşkil edib. 6 milyon 748 min manat əməliyyat xərcləri çıxıldıqdan sonra bankın 8 milyon 81 min manat xalis zərəri yaranıb. Müqayisə üçün qeyd edək ki, Bank 2017-ci ilin birinci yarısında 2 milyon 984 min manat xalis zərər açıqlamışdı.
Bank gələcəkdə daha dayanıqlı fəaliyyəti üçün gəlirlərinin bir hissəsini ehtiyata yönəldir. "AmrahBank"ın gələn ildən mənfəətə çıxacağı gözlənilir.
30 İyun 2018-ci il tarixində “AmrahBank” ASC 196 milyon 216 min manat cəmi aktivlərə, 161 milyon 793 min manat cəmi öhdəliklərə və 34 milyon 423 min manat cəmi səhmdar kapitalına və 27 milyon 815 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 10 saat əvvəl
-
10 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
18 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)
.jpg)



.jpg)







