Sığortada pulların 90%-ə yaxını 8 şirkətin kassasına axır
“PAŞA Həyat Sığorta” şirkəti 2018-ci ilin I yarısında sığorta haqlarının yığımına görə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri arasında lider olub.
Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) məlumatında deyilir.
Hesabat dövründə “PAŞA Həyat Sığorta” 144 mln. 614 min manat və ya yanvar-iyun aylarında bütün sığorta şirkətlərinin əldə etdiyi sığorta haqlarının 36,5%-i həcmində sığorta haqqı toplayıb.
“PAŞA Həyat Sığorta” həyat sığortası seqmentində əldə edilmiş sığorta haqlarının həcminə görə də lider olub. İkinci yerdə "Atəşgah Həyat" (28 mln. 165,7 min manat), üçüncü yerdə "Qala Həyat Sığorta" (7 mln. 452,6 min manat) qərarlaşıb.
Cari ilin yanvar-iyun aylarında qeyri-həyat sığortası seqmentində "PAŞA Sığorta" şirkəti sığorta haqlarının yığım həcminə (83 mln. 362,8 min manat) görə lider olub.
Hesabat dövründə bu seqmentdə toplanmış sığorta haqlarının həcminə görə aparıcı sığorta şirkətlərinin beşliyinə "Azərsığorta" (34 mln. 912,4 min manat), "Atəşgah" (19 mln. 698,6 min manat), “Meqa Sığorta” (15 mln. 23,4 min manat) və "AtaSığorta” (10 mln. 355,5 min manat) daxil olub.
Hesabat dövründə sığortaçıların bütün sığorta haqlarının 86,7%-i və ya 343 mln. 585 min manat bu 8 şirkətin payına düşüb.
I yarımillikdə sığorta şirkətləri arasında ən çox ödəniş “PAŞA Həyat Sığorta” şirkəti tərəfindən həyata keçirilib. Şirkətin ödənişlərinin həcmi 31 mln. 646,6 min manat və ya sığortaçıların bütün ödənişlərinin 26,5%-ni təşkil edib.
“PAŞA Həyat Sığorta” şirkəti həyat sığortası seqmentində ödənişlərin həcminə (17 mln. 926,6 min manat) görə də lider olub. Bu seqmentdə ödənişlərin həcminə görə ikinci yerdə "Atəşgah Həyat" (9 mln. 658,3 min manat), üçüncü yerdə "Qala Həyat Sığorta" (9 mln. 439,6 min manat) qərarlaşıb.
“PAŞA Sığorta” şirkəti qeyri-həyat sığortası seqmentində də ödənişlər üzrə lider olub (25 mln. 459,7 min manat).
Hesabat dövründə bu seqmentdə həyata keçirilən ödənişlərin həcminə görə aparıcı sığorta şirkətlərinin beşliyinə "Atəşgah" (9 mln. 658,3 min manat), "Azərsığorta" (7 mln. 853,1 min manat), “AXA-Mbask” (4 mln. 689,4 min manat) və “AzSığorta” (4 mln. 175,5 min manat) daxil olub.
Hesabat dövründə sığortaçıların bütün ödənişlərinin 86,1%-i və ya 102 mln. 680,9 min manat bu 8 şirkətin payına düşüb.
2018-ci il iyul ayının sonuna bazarda fəaliyyət göstərən 21 şirkət sığorta fəaliyyəti ilə məşğul olmaq lisenziyaya malikdir.
2018-ci ilin yanvar-iyun ayları üzrə hesablanmış sığorta haqları və sığorta ödənişləri haqqında | |||
(min manatla) | |||
№ | Sığortaçının adı | Sığorta Haqları | Sığorta Ödənişləri |
1 | “Amrah Sığorta” ASC | 145,9 | 27,2 |
2 | “A-Qroup Sığorta Şirkəti” ASC | 3 307,0 | 3 614,5 |
3 | “AtaSığorta” ASC | 10 355,5 | 3 960,6 |
4 | “Atəşgah Həyat” Sığorta Şirkəti ASC | 28 165,7 | 9 658,3 |
5 | “Atəşgah” Sığorta Şirkəti ASC | 19 698,6 | 9 758,7 |
6 | “AXA MBASK” Sığorta Şirkəti ASC | 9 654,8 | 4 689,4 |
7 | Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti | 34 912,4 | 7 853,1 |
8 | “Azərbaycan Sənaye Sığorta” ASC | 3 998,2 | 992,2 |
9 | “AZSIĞORTA” ASC | 8 740,7 | 4 175,5 |
10 | “Bakı Sığorta” ASC | 486,4 | 135,0 |
11 | “Günay Sığorta” ASC | 3 332,2 | 1 563,0 |
12 | “İpək Yolu Sığorta” ASC | 7 721,3 | 914,4 |
13 | “Meqa Sığorta” ASC | 15 023,4 | 1 506,8 |
14 | "Naxçıvansığorta" ASC | 127,5 | 3,3 |
15 | “Paşa Həyat Sığorta” ASC | 144 614,0 | 31 646,6 |
16 | “Paşa Sığorta” ASC | 83 362,8 | 25 459,7 |
17 | “Qala Həyat” Sığorta Şirkəti ASC | 7 452,6 | 9 439,6 |
18 | “Qala Sığorta” ASC | 7 435,0 | 687,5 |
19 | “Rəvan Sığorta” ASC | 686,5 | 150,7 |
20 | “Standard Insurance” ASC | 3 868,2 | 1 607,1 |
21 | “Xalq Sığorta” ASC | 3 282,6 | 1 460,2 |
YEKUN | 396 371,32 | 119 303,42 | |
Müştərilərin xəbərləri
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
-
43 d. əvvəl
Gələcəyə böyük addım: Payonix BOKT-un aktivləri və gəlirləri sürətlə artır!
-
- 55 d. əvvəl
-
1 saat əvvəl
İşdən qanunsuz çıxarılmış 53 nəfər isə əvvəlki işlərinə bərpa etdirilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı
- 2 saat əvvəl
-
2 saat əvvəl
AccessBank müştəri layihəsi üzrə ilk müstəqil enerji auditini tamamlayıb
-
3 saat əvvəl
Tramp İranın ali lideri ilə “razılaşma əldə etmək üçün” görüşə biləcəyini deyib
-
4 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
İyunun 6-da gözlənilən hava şəraiti
Dəmir zavodu layihəsilə bağlı növbəti müqavilələr imzalanıb - 800 MİLYON DOLLAR İNVESTİSİYA, 1600 İŞ YERİ
ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Rəsmi məzənnələr açıqlandı
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 9 GÜN






















