Ərəblər Gürcüstanda şəhər salacaqlar
Ərəblər Gürcüstanda kiçik şəhər tikəcəklər.
Bu barədə bu gün jurnalistlərə açıqlamasında “Salim Ali Al Şamsi Real Estate” (BƏƏ) şirkətinin meneceri Əkbər Qureşi bildirib. Onun sözlərinə görə, layihə Gürcüstanın “Ventures & Investment” şirkəti ilə birgə həyata keçiriləcək.
Məlumata görə, yeni şəhərin Saquramoda salınmağı planlaşdırılır: “Tikinti üçün 35 ha torpaq sahəsi ayrılıb. Burada yaşayış evləri, dörd ulduzlu otel, fərdi villalar, restoran və kafelər, tibb mərkəzi, ticarət, idman və digər obyektlər tikiləcək. Şəhər tikilişində istirahət parkı və səadət sarayı da tikilməyi nəzərdə tutulub. Hazırkı mərhələdə tikinti şirkətləri üçün tender elan olunub və qələbə əldə edən şirkət bir neçə aydan sonra işə başlayacaq”, - deyə menecer bildirib.
Şirkət meneceri jurnalistlərə açıqlamasında 5 min əhalisi olan kiçik şəhərin tikintisinin 4 il ərzində həyata keçiriləcəyini və 2020-ci ildə başa çatacağını qeyd edib.
Qeyd edək ki, “Salim Ali Al Şamsi Real Estate” (BƏƏ) şirkəti 1990-cı ildə təsis edilib və Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı başda olmaqla layihələr həyata keçirir.
©APA
Müştərilərin xəbərləri
Azərbaycan pambıq sektorunda tarixi ilk: "Prime Cotton" USDA NOP Orqanik Sertifikatını əldə edən ilk şirkət oldu
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 5 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
6 d. əvvəl
179 min "Tesla Model 3" nəzarət altındadır, qüsur araşdırması başlayıb
- 9 d. əvvəl
- 19 d. əvvəl
-
1 saat əvvəl
“Tam qadağa yox, tənzimləmə xahiş edirik" - Sahibkarlar hökumətə və Milli Məclisə müraciət edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Hyundai 51 mindən çox avtomobili geri çağırır
Əhali etiraz etdi, "Dino Park" qiymətləri aşağı saldı
Zelenski Ukrayna üçün sülh planının bütün 20 bəndini açıqlayıb
Dekabrın 25-də gözlənilən hava şəraiti
Ermənistana Rusiya taxılı daşıyan növbəti qatar Böyük Kəsiyə çatıb





















