Bu gündən başlayır
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bu gündən qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin qeydiyyatının və dövlət reyestrinin aparılmasına başlayacaq.
Agentliyin yaydığı məlumata görə, qeydiyyat və dövlət reyestrinin aparılması prosesində sahibkarlıq subyektlərinə hərtərəfli dəstək göstərəcək, onların fəaliyyətinin yeni qaydaların tələblərinə uyğunlaşdırılması və təkmilləşdirilməsi üçün peşəkar yanaşma nümayiş etdirərək tövsiyələr verəcək.
Sahibkarlıq subyektlərinin qeydiyyatı və dövlət reyestrinin aparılması prosesi ilkin olaraq üç mərhələni əhatə edəcək. Belə ki, birinci mərhələdə (iyul-avqust ayları) qida məhsulları sahəsində fəaliyyət göstərən istehsal və təsərrüfat müəssisələrinin, ikinci mərhələdə (sentyabr-oktyabr ayları) qida məhsullarının istehlakçılara çatdırılmasında iştirak edən ticarət müəssisələri və satış mərkəzlərinin, üçüncü mərhələdə isə (noyabr-dekabr ayları) qida zəncirində xidmət sahəsini əhatə edən ictimai iaşə obyektlərinin qeydiyyatının aparılması nəzərdə tutulub. Eyni zamanda bütün mərhələlərdə digər sahələr üzrə müraciət edən sahibkarlıq subyektlərinin də qeydiyyatının və dövlət reyestrinin aparılması həyata keçiriləcək.
Sahibkarlıq subyektlərinin qida təhlükəsizliyi üzrə qeydiyyatı “ASAN xidmət” mərkəzlərində və Agentliyə ünvanlanmış müraciətlər əsasında həyata keçiriləcək.
Qeydiyyat üçün sahibkarlar tərəfindən aşağıdakı sənədlər təqdim olunur:
-Ərizə
-Fiziki şəxslər tərəfindən şəxsiyyəti təsdiq edən sənədin surəti
-Vergi ödəyicisi olmasını təsdiq edən uçota alınma haqqında şəhadətnamənin surəti
-Hüquqi şəxslər tərəfindən dövlət reyestrindən çıxarışın surəti
-Sahibkarın səlahiyyətli nümayəndəsi olmasını təsdiq edən sənəd
-Qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti
-Müraciət edən idxalçı və ya xarici təsərrüfat subyekti olduqda ixracatçı ölkənin səlahiyyətli orqanı tərəfindən subyektin (onun obyektinin) qeydiyyata alınmasını təsdiq edən sənəd və məhsulun təhlükəsizliyini xarakterizə edən müvafiq sertifikatın (mövcud olduqda) notariat qaydasında təsdiq edilmiş surəti
-Dövlət rüsumunun ödənişini təsdiq edən sənəd
Qeyd edirik ki, ərizədə qeydiyyata alınan sahibkarlıq subyektinin adı, hüquqi ünvanı və ya qeydiyyat ünvanı, fəaliyyət istiqaməti, qeydiyyata alınan subyektin fəaliyyət istiqamətindən asılı olaraq həmin fəaliyyətin həyata keçirildiyi faktiki ünvanı, VÖEN-i, səlahiyyətli nümayəndəsi (varsa) barədə, habelə işçilərin (tibbi müayinədən keçmiş işçilər daxil olmaqla) sayı barədə, məhsul və ya xidmət haqqında məlumatlar əks olunmalıdır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi qida zəncirinin bütün mərhələlərində iştirak edən hər bir sahibkarlıq subyektinin qida təhlükəsizliyinin təmin olunmasında iştirakına yüksək qiymət verir və öz fəaliyyətlərini qarşılıqlı etimad şəraitində qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirməyə dəvət edir.
RÜSUMLAR
Xəbər verdiyimiz kimi,
"Dövlət rüsumu haqqında" qanuna əlavə və dəyişikliklər edilib.
Dəyişikliyə görə, qida təhlükəsizliyi sertifikatının verilməsinə görə 20 manat tələb ediləcəkdir.
Baytarlıq sertifikatının verilməsinin (bir sənəd) qiyməti 5 manatdan 20 manata, baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin verilməsi (bir preparat) 50 manatdan 100 manata, idxal karantin icazəsinin verilməsi (bir icazə) 3 manatdan 10 manata qaldırılıb.
Fitosanitar sertifikatlarının verilməsi üçün:
-Bir poçt göndərişinə (dəst) - 20 qəpikdən 2 manata,
-Növündən asılı olmayaraq bir nəqliyyat vasitəsinə (dəst) 1 manatdan 10 manata qaldırılıb.
Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına görə:
-reyestrdən çıxarışın verilməsi - 150 manat;
-reyestr məlumatlarında fəaliyyət sahəsindən asılı olaraq baş verən dəyişikliyin edilməsi - 50 manat;
-reyestrdən çıxarışın dublikatının verilməsi - 10 manat müəyyən edilib.
Heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına cavab verməsini təsdiq edən ekspertiza aktının verilməsi və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişanın qoyulmasının dövlət rüsumu 5 qəpikdən 5 manatadək qaldırılıb (Ətraflı aşağıdakı cədvəldə).
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Heyvanların, heyvan mənşəli məhsulların və xammalın baytarlıq normalarına uyğunluğunu təsdiq edən ekspertiza aktının verilməsi və ya ətin, heyvan və quş cəmdəklərinin və digər məhsulların üzərinə nişan qoyulması üçün dövlət rüsumunun dərəcələri
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli Fərmanı ilə təsdiq edilmişdir
Sıra nömrəsi | Heyvanlar, heyvan mənşəli məhsullar və xammal | Ölçü vahidi | Dövlət rüsumunun məbləği (manatla) |
1 | 2 | 3 | 4 |
1. | Qaramal və ya digər iri heyvanların əti (1 cəmdək) | 1 müayinə | 5,00 |
2. | Qoyun və donuz əti (1 cəmdək), donuz piyi — (1 partiya) | 1 müayinə | 4,00 |
3. | Diri quş və quş əti (1 baş və ya 1 cəmdək) | 1 müayinə | 0,05 |
4. | Hazır ət məhsulları (hər biri 1 partiya) | 1 müayinə | 5,00 |
5. | İçalat, dil, baş, dırnaq — 1 partiya | 1 müayinə | 3,00 |
6. | Balıq (diri, dondurulmuş və ya hisə verilmiş) — 1 partiya | 1 müayinə | 3,50 |
7. | Yumurta (topdansatış — 1 partiya (1000 ədəddən artıq) | 1 müayinə | 2,50 |
8. | Yumurta (pərakəndə satış — 1 partiya (1000 ədədə qədər) | 1 müayinə | 1,30 |
9. | Süd və süd məhsulları, mum, vərəmum — hər biri 1 partiya | 1 müayinə | 2,60 |
10. | Arı balı — 1 partiya | 1 müayinə | 4,50 |
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
5 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
6 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
6 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
6 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib


















.jpg)



