İranda iqtisadi böhrana qarşı "fövqəladə hal" çağırışı
Tehranda xalq, ölkədəki iqtisadi problemləri və valyuta məzənnəsində baş verən yüksəlişə etiraz etmək üçün küçələrə çıxıb. İran Məclis sədrinin mavini Məsud Pizişkiyan, iqtisadi böhran səbəbilə "fövqəladə hal elan edilməsi və ölkənin əyalət sistemi ilə idarə olunması" lazım olduğunu bildirib.
"Marja" "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, İran Məclis sədrinin Müavini Məsud Pizişkiyan, Təbriz şəhərində keçirdiyi mətbuat konfransında, "İçində olduğumuz şərtlər nəzərə alındıqda, qanqrenaya çevrilmiş iqtisadi vəziyyəti idarə etmək üçün fövqəladə hal elan edilməlidir. Korrupsiya ilə bu şəkildə mübarizə etmək lazımdır",- deyib.
Pozuntuların qarşısını almaq üçün ölkədə pul dövriyyəsinin qeydiyyata alınması lazım olduğunu dilə gətirən Pizişkiyan, "İslam tarixinin ilk dövrlərində və hazırda müasir dünyada tətbiq olunan əyalət sistemi İranda da tətbiq edilməlidir. Əyalət və vilayət rəhbərliyi İslami bir modeldir. Bundan istifadə etməliyik", - ifadələrini istifadə edib.
AZƏRBAYCANI TƏƏCÜBLƏNDİRƏCƏK TURİZM YENİLİYİ!
İranda 1979-dakı inqilabdan sonra əyalət idarəçiliyi mübahisələri ilk olaraq keçmiş inqilab mühafizəçiləri komandirlərindən Möhsün Rza tərəfindən gündəmə gətirilmişdi. Rza, 2011-də nəşr olunan "İqtisadiyyat Federalizmi" adlı kitabında "hər əyalətin öz maddi imkanları ilə idarə edilməsi lazım olduğunu" müdafiə etmiş, lakin etnik kimlik hissinin yüksək mərhələdə olduğu ölkədə rejim; Azərbaycanlı, Kürd və Ərəblərin separatçı tələblərindən narahat olduğu üçün bu fikrə isti baxmamışdı. İranda mərkəzi hökumət tərəfindən idarə edilən 31 əyalət (rayon) var.
İLK AKSİYAYA MAĞAZA SAHİBLƏRİ BAŞLAMIŞDIR
Bu gün səhər İranın paytaxtı Tehranda iqtisadi problemlərə etiraz etmək üçün mağazalarını bağlayan sahibkarlar, "10 min tümənə Dollar istəmirik" şəklində şüarlar səsləndirərək etiraz aksiyasına başlayıblar.
Tehrandakı "Çahar Su Pasajı"nın dükançıları da dünən İran tüməninin dollar qarşısında ucuzlaşmasına etiraz etmək üçün aksiya keçirmişdir. Mağaza sahibləri, tez-tez "Suriyanı burax, bizim halımıza bax" və "Tətil, tətil" şəklində şüarlar səsləndirmişdilər.
İranda dollar qısa müddət ərzində 4 min tüməndən 7 min 500 tümən səviyyələrinə qədər yüksəlmişdi. Prezident Həsən Ruhani hökuməti aprel ayında dolların 4 min 200 tüməndə sabitləşdirilməsinə qərarı vermişdi. Ölkədə valyutadəyişmə məntəqələrində alqı-satqı qadağan edilmişdir. Banklarda rəsmi məzənnə ilə elan edilən dollar, "qara" bazarda 8 min 500 tümən səviyyəsindədir. ABŞ Prezidenti Donald Trampın ötən ay nüvə müqaviləsindən çıxdığını və yeni sanksiyaların tətbiq olunacağını açıqlaması İrana mənfi istiqamətdə təsir edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
2 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının qalibləri donorlarla görüşüb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
İqtisadiyyat Nazirliyində “Microsoft” şirkətilə əməkdaşlıq imkanları müzakirə olunub
-
7 saat əvvəl
"Nazirliklər və digər dövlət qurumları tətbiqlərini (aplikasiyalarını) ləğv etməlidirlər"
-
7 saat əvvəl
İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib - TAM VERSİYA
-
7 saat əvvəl
BP "Şəfəq" günəş enerjisi layihəsində 10 % iştirak payını satıb
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"Kinobox" və "Mahnı TV"yə lisenziya verilib
Azərbaycanda illik inflyasiya sürətlənib
İqtisadiyyat Nazirliyində “Microsoft” şirkətilə əməkdaşlıq imkanları müzakirə olunub
"Nazirliklər və digər dövlət qurumları tətbiqlərini (aplikasiyalarını) ləğv etməlidirlər"
Ən çox oxunanlar
İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib - TAM VERSİYA
“Zira Olives” Sumqayıtda mağaza açır
"FERRUM Kapital”ın 4 milyon manat borclanacağı tarix açıqlanıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"PAŞA Real Estate" qlobal aktivlərini "One&Only" Hudson Valley, Nyu-York ilə genişləndirir
Yeni kart təqdim edildi - 15 min manatadək komissiyasız nağdlaşdırma, kart qalığına 8% gəlir
Azərbaycan iqtisadiyyatı 1,7 faiz artıb

























