Hyundai və Audi-dən böyük əməkdaşlıq
İki avtomobil nəhəngi Hyundai və Audi, hidrogen-elektrikli avtomobil texnologiyasında çarpaz lisenziya müqaviləsi imzalayıb.
Müqaviləyə görə, mövcud patentlər daxil olmaqla, inkişaf etdiriləcək bütün yeni texnologiyalar hər iki marka tərəfindən istifadə ediləcək.
Hyundai Motor Qrupu (HMG) və Audi AG, hidrogen yanacaq hüceyrəli elektrikli vasitələrin (FCEV- fuel cell electric vehicle) komponentlərini və texnologiyalarını əhatə edən uzunmüddətli çarpaz lisenziya müqaviləsi imzaladıqlarını açıqlayıb.
“Marja”nın məlumatına görə, yeni tərəfdaşlıq çərçivəsində, dünyanın ən böyük beşinci avtomobil istehsalçısı Hyundai və Almaniyanın premium avtomobil istehsalçısı Audi, avtomobil sənayesini daha dayanaqlı bir gələcəyə aparmaq üçün birgə işlər aparacaqlar. Audi-nin bağlı olduğu ana şirkəti Volkswagen AG daxil olmaqla, Hyundai-ın sahibi olduğu KIA markası da çarpaz lisenziya razılaşması ilə yeni texnologiyalardan istifadə edə biləcəklər.
Hyundai və Audi arasındakı tərəfdaşlıq, FCEV bazarında daha çox söz sahibi olmaq adına böyük əhəmiyyət daşıyır. Koreyalı istehsalçı ilk addım olaraq, Hyundai ix35 FCEV-in yanacaq texnologiyasını və həmçinin yeni model olan NEXO-nun inkişaf etdirilməsindən əldə edilən məlumatları və təcrübələrini Alman markası ilə bölüşəcək.
Volkswagen Qrupunda yanacaq hüceyrəsi texnologiyasının inkişaf etdirilməsinə məsul olan Audi , Hyundai-ın FCEV ehtiyat hissələri tədarük zəncirindən də istifadə edəcək. Dünyanın ilk böyük hidrogen hüceyrəli nəqliyyat vasitəsi istehsalçısı olan Hyundai Motor Company, 2013-ci ildən bu yana SUV sinfində inkişaf etmiş hidrogen yanacaq hüceyrəli elektrikli modellər yaradır və dünya səviyyəsində 18 ölkədə satış həyata keçirir.
GÜCLƏRİMİZİ BİRLƏŞDİRİRİK
Bu yeni tərəfdaşlıq ilə bağlı fikirlərini dilə gətirən AUDİ AG-nin Texniki İnkişaf Heyətinin Üzvü Peter Mertens, "Fuel Cell texnologiyasında Hyundai kimi güclü tərəfdaşla güclərimizi birləşdiririk" deyib.
“Hyundai Motor Company”nin İdarə Heyətinin Sədr müavini Euisun Chung isə, "Hyundai və Audi tərəfdaşlığının ətraf mühitə qarşı məsuliyyətimiz baxımından müvəffəqiyyət qazanacağına əminik" deyib.
Həmçinin “Hyundai Motor Group”, bu tərəfdaşlıq ilə yaradılacaq yeni iş imkanlarına da əhəmiyyət verərək rəqabət gücünü artırmağı planlaşdırır. Aparıcı FCEV istehsalçısı olan Hyundai, batareyaların inkişaf etdirilməsi, ehtiyat hissələri, proqram təminatı və logistika sahələrinə sərmayə yatıracaq.
HYUNDAİ-IN SON FCEV MODELİ NEXO-DUR
NEXO (əvvəlki nəsili Tucson FCEV) 163 at gücündədir və yanacaq sərfiyyatı baxımından çox səmərəli bir vasitədir. Yüngüllük sayəsində 30% nisbətində daha uzun bir mənzil qət edə bilir. Maksimum olaraq 395 Nm qüvvə momenti dəyəri hasil edən və yalnız beş dəqiqə ərzində çənini tamamilə dolduran NEXO, 0-dan 100 km/saat sürətə 9.5 saniyədə çıxır. Bundan başqa, 800 km mənzilə malik olan NEXO, sələfindən 169 km daha çox yol qət edə bilir.
Avtomobil şirkətləri gələcəyin yanacağı olaraq hidrogenə üz tuturlar. Yanacaq hüceyrəsi hidrogeni havada oksigenlə qarışdıraraq mühərriyi işə salan elektrik yaradır. Yanacaq hüceyrəsi heç bir işlənmiş qaz buraxmır, çünki təkcə elektrik, istilik və sudan istifadə edir.
Yanacaq hüceyrələri / batareyaları (Fuel cell), kimyəvi enerjini bilavasitə elektrik enerjisinə çevirən avadanlıqdır. Yanacaq hüceyrəsi, yanacaqların yandırılması yerinə, yanacaq ilə oksigenin elektrokimyəvi reaksiya nəticəsində enerji istehsal edən bir növ batareyadır. Yanacaq kimi əsasən hidrogendən istifadə edilir. Oksigenlə hidrogenin reaksiya su istehsal etdiyindən, bu reaksiyadan çirkləndirici məhsul çıxışı yoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 gün sonra
-
8 saat əvvəl
“Sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir” -BƏYANATLAR
-
-
11 saat əvvəl
“Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir“
- 11 saat əvvəl
-
12 saat əvvəl
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit!
-
1 gün əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
-
1 gün əvvəl
Azercell Avtonom Şəbəkələr üzrə qlobal təşəbbüsə qoşulan regionun ilk operatoru oldu
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Xırdalanda qurulan VİDAL Özəl Sənaye Məhəlləsi diqqət çəkir
Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit!
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
Bank of Baku-dan 1 milyon ağac hədəfinə dəstək
Bakıda Atatürk və Atena parkları birləşdirilir - FOTOLAR
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Xalq Bank ağacəkmə askiyasında iştirak etdi
AZAL Naxçıvan biletlərini öncədən əldə etməyi tövsiyə edir





.jpg)







.jpg)








