S&P-dən ABŞ və Çinə xəbərdarlıq!
Beynəlxalq kredit reytinqi agentliyi "Standard & Poor's" (S&P), ABŞ ilə Çin arasında ticarət sahəsində artan gərginliklə bağlı xəbərdarlıqlar edib.
"Marja" xəbər verir ki, S&P-dən verilən açıqlamada, ABŞ ilə Çinin bir-birilərinə gömrük tarifi tətbiq etməsinin hər iki ölkənin iqtisadiyyatlarını böyük miqyasda mənfi təsir etməsinin gözlənilmədiyi, ancaq bu kommersiya ziddiyətinin gömrük tarifləri sahəsinin xaricinə yayıla biləcəyi vurğulanıb.
Açıqlamada, cümə günü ABŞ-ın Çindən idxal etdiyi 50 milyard dollar dəyərində sənaye üçün əhəmiyyətə malik texnologiya məhsullarına 25 faiz gömrük tarifi tətbiq edəcəyini bildirdiyi, buna cavab olaraq Çinin də ABŞ-dan idxal etdiyi dəyəri 50 milyard dollar təşkil edən 659 məhsula 25 faiz gömrük tarifi tətbiq edəcəyini bildirdiyi xatırladılıb.
ABŞ Prezidenti Donald Trampın, Çinə, daha əvvəl açıqladığı tariflərə cavab tədbirlərilə qarşılıq verməsi səbəbilə daha 200 milyard dollarlıq əlavə gömrük vergisi tətbiq edilməsi göstərişini verdiyinə işarə edilən açıqlamada, buna Çinin də cavab verəcəyi qeyd edilib. Amma Çin ABŞ-ın elan etdiyi məbləğə uyğun cavab verə bilməyəcək, çünki Çinin keçən il ABŞ-dan idxal etdiyi məhsulların cəmi dəyəri 130 milyard dollar təşkil edib.
Digər tərəfdən, açıqlamada, mümkün bir "ticarət müharibəsində" Çinin gömrük tarifləri yerinə ABŞ-ı yaxından maraqlandıran xidmət və investisiya sahələrini hədəf ala biləcəyinə diqqət çəkilib.
Çinin, ABŞ məhsullarının öz ölkəsinə girişində gecikmələr yarada biləcəyi vurğulanan açıqlamada, eyni zamanda Pekin hökumətinin ABŞ-ın Çindəki sərmayələrini məhdudlaşdıra biləcəyi qeyd edilib.
Açıqlamada, ABŞ-ın kənd təsərrüfatı ixracatında ən böyük bazarın Çin olduğuna yer verilib. Bundan başqa, Çinin ABŞ-a tətbiq edəcəyi gömrük rüsumları arasında kənd təsərrüfatı məhsullarının əhəmiyyətli bir paya sahib olduğuna vurğulanıb.
AZƏRBAYCANI TƏƏCÜBLƏNDİRƏCƏK TURİZM YENİLİYİ!
S&P açıqlamasında iki ölkə arasındakı bütünlüklə bir "ticarət müharibəsinin" İstehlakçı Etimadı, investisiya gözləntiləri, orta və uzun perspektivdə iqtisadi artım baxımından mənfi təsirləri olacağına dair xəbərdarlıqlar edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 8 saat əvvəl
-
8 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
17 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN






.jpg)
.jpg)





.jpg)








