AFB Bank Departament direktoru vəzifəsinə vakansiya elan edib
Vəzifə: Kreditlərin təhlili departamentinin direktoru
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küç. 112 (Mərkəzi ofis)
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Ali təhsil (iqtisadiyyat, maliyyə-kredit, biznesin idarə edilməsi, riyaziyyat, statistika və digər dəqiq və texniki sahələr);
-Biznes kreditlərinin təhlili, kreditlərin anderraytinqi sahəsində ən azı 3 illik rəhbərlik təcrübəsi;
-Mikro, SME və Korporativ müştərilərin kreditləşməsi sahəsində nəzəri və praktiki biliklər;
-Kreditlərin verilməsi və təsnifləşdirilməsi üzrə mövcud normativlər və qaydalar barədə biliklər;
- Maliyyə hesabatlarının tərtib olunması və analizi üzrə biliklər;
- Müxtəlif biznes sahələrinin və bazar vəziyyətinin təhlili üzrə biliklər;
- Analitik düşünmə bacarığı və detallara diqqətli ola bilmək qabiliyyəti;
- Azərbaycan və Rus dillərini səlis danışmaq bacarığı, İngilis dili bilənlərə üstünlük verilir;
İŞİN TƏSVİRİ:
-Struktur vahidin işini qurmaq, idarə etmək və əməkdaşların işinə nəzarət etmək;
-Kredit müraciətlərinin vaxtında təhlil və icra olunmasını təmin etmək;
-Filial tərəfindən aparılmış kredit analizi və maliyyə təhlilinin keyfiyyətini yoxlamaq və təkrar analiz edərək rəy bildirmək;
-İri kreditlərin qiymətləndirilməsi və monitorinqlərdə iştirak etmək;
-Kredit məhsullarının yaradılmasında iştirak etmək;
-Kredit reytinq və skorinq sistemlərinin qurulmasında iştirak etmək;
-Daşınar və daşınmaz əmlak bazarını daima araşdırmaq.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Kreditlərin təhlili departamentinin direktoru” qeyd edərək [email protected] elektron ünvanına göndərilməsini xahiş edirik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
5 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 9 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























